Daxil olma qaydaları

 

Hər bir müəssisə mülkiyyət növündən və istehsalat həcmindən asılı olmayaraq GS1 sistemin istifadəçisi ola bilər.
Əgər Siz bu qərarına gəlmisinizsə, onda aşağıdakıları etməyiniz lazımdır:

1. Müəyyən edilmiş qaydada QS1 Azərbaycan Cəmiyyətinə daxil olmaq barədə Ərizə təqdim etməlisiniz. 

2. Müqavilədə göstərilən məbləğ ödənilməlidir. Bu məbləğ ödənildikdən sonra, Sizə beynəlxalq GS1 sistemində unikal identifikasiya nömrəsi ayrılır. Bu identifikasiya nömrəsi əsasında məhsullara kodlar ayrılır.

3. Ştrixli kodlaşdırma sisteminin əsas məqsədi - düzgün uçotun aparılmasıdır.  Buna görə də hər məhsulun öz ştrixli kodu olmalıdır. Hər bir məhsulun digərindən fərqliliyi bəlli olduğu halda məhsula yeni ştrixkod nömrəsi verilir. Misal üçün, 
məhsulun tipi və növü, əmtəə nişanı və adı, bağlaması və ya onun tipi, həcmi, bağlamada olan məhsulun sayı, çəkisi, ölçüsü və digər parametrlərinə görə onun ştrixkod nömrəsi fərqli olmalıdır.
Müəyyən edilmiş Doldurulma Qaydaları üzrə məhsulların ştrixkodlaşdırması üçün məlumat Sifariş Cədvəli doldurulmalıdır.  Hər bir əmtəə növünün təsviri, onun tam adı, xüsusiyyətləri (növü, şəkərliliyi, bərkliyi, tündlüyü, yağlılığı və s.), qablaşdırma tipi (karton qutu, şüşə qab, paket, PET, Tetra-Pak və i.ə.) göstərilməlidir. Nümunələr göstərilib.

Vacibdir! Sifarişin bütün sütunlarında verilən məlumatların düzgün doldurulmasından nəinki ştrixkodların qeydiyyata alınması proseduru, hətta məhsulların satışı və uçotu zamanı ştrixkodların istifadəsində problemlər yarana bilər.  

4. Vergilər Nazirliyi tərəfindən verilmiş VÖEN-in (surəti) və kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən çıxarış (surəti)  təqdim edilməlidir. 

5. Ştrixkod alınan məhsulların Uyğunluq Sertifikatı (surəti) ya da məhsulun sertifikatlaşdırılmasına dair Dövlət Standartlaşdırma orqanına müraciət məktubu (surəti) təqdim edilməlidir. 

Sənədlər ilə tanış olduqdan sonra müəssisəyə Beynəlxalq GS1 sistemində QS1 Azərbaycan Cəmiyyətinin Əmtəə Nömrələməsi Depozitarisində qeydiyyata alınmış Unikal identifikasiya nömrələrin: İstifadəçinin Qlobal Prefiksi (GCP) və Məlumatların Elektron Mübadiləsi üçün Qlobal Yerləşmə Nömrəsi (GLN) haqqında "Şəhadətnamə" təqdim olunur.