Film-master

Film-master

Əmtəənin etiketinə ştrixkodun maksimal dərəcədə dəqiq və düzgün vurulması üçün sifarişçinin mətbəəyə bu ştrixkodun film-masterini təqdim etməsi məqsədəuyğun olardı. Film-master yüksək keyfiyyətlə hazırlanan və xüsusi plyonkada yazılan ştrixkodun maketidir.

Film-master əmtəənin etiketində ştrixkodun yerləşdirilməsi və sonradan mətbəədə çap edilməsi üçün nəzərdə tutulub. Bununla, ştrixkodun yaradılmasına dair bütün qaydalara və standartlara maksimal dəqiqliklə riayət edilir. Bir film-masterdən istənilən sayda etiket çap etmək olar.

Tövsiyyə kimi, film-master adlanan ştrixkod simvolunun maketinin hazırlanmasını və Sizin etiketlərinizi çap edən mətbəəyə təqdim etməyinizi təklif edirik.

Bu cür film-masteri GS1 Azərbaycan Cəmiyyətində sifariş etmək olar.

ŞTRİXKODUN FİLM-MASTERİNİ SİFARİŞ ETMƏK ÜÇÜN:

1. ştrixkodun film-masterin hazırlanmasına dair Sifariş blankını yükləməlisiniz;
2. ştrixkodun normativ ölçüləri cədvəlindən istifadə etməklə ştrixkodun ölçüsünü müəyyənləşdirməlisiniz;
3. sifariş blankını [email protected] elektron ünvanına və ya +99412 4981058 faks nömrəsinə göndərməlisiniz.

SİFARİŞİN İCRASI OLARAQ SİZƏ TƏQDİM EDİLİR :

1. film-master elektron daşıyıcıda (CD diskdə)
2. film-masterin çıxarışını kağız üzərində