GS1 standartlarının tətbiqi sahələri

GS1 standartları təchizat silsiləsinin əsası təşkil edir. Bir çox müxtəlif sahələrdə səmərəliliyi və xərclərin azalmasını təmin edir. Əsas sektorlara pərakəndə, səhiyyə, nəqliyyat və logistika, qida sahəsi xidmətləri aiddir. 

 

Hal-hazırda bu sistem, topdan və pərakəndə ticarətdə, səhiyyədə, logistikada, nəqliyyatda (avtomobil, dəmir yolu, dəniz və s.), müdafiədə (xüsusən də hərbi qüvvələrin maddi-texniki təminatında), elektron, toxuculuq və yüngül sənayelərdə, kargüzarlıqda, energetikada, kənd təsərrüfatında, ərzaqların təhlükəsizliyinin təminatında, muzey, nəşriyyat, kitabxana işlərində və digər sahələrdə geniş tətbiq edilir.

Son zamanlar GS1 sisteminin geniş tətbiq edildiyi sahələri kimi logistikanı, əczaçılıq sənayesini, həmçinin ərzaqların təhlükəsizliyinin təminatını, xüsusən də, ət məhsullarının yetişdirilmə şəraiti, mənşəyi, emalı, saxlanılması və satılması da daxil edilməklə, qida məhsullarının təchizat xətti üzrə müşayiəti və izlənməsi sahələrinin adını çəkmək olar.

Pərakəndə satış

Səhiyyə sektoru

Nəqliyyat və logistika

Qida sahəsi