GTİN nömrələrinin təkrar istifadəsi haqqında

Hörmətli GS1 sisteminin istifadəçiləri!

     Sizə bildirmək istəyirik ki, 2019-cu ilin yanvar ayından etibarən “ GS1 General Specification”-ın yeni müddəalarına uyğun olaraq, əvvəl ayrılmış  GTİN nömrələrinin təkrar istifadəsi qadağandır.

     Tələb bütün əmtəə kateqoriyalarına aiddir.

     İstisnalar yalnız aşağıdakı hallarda mümkündür:

-         əgər GTİN, faktiki olaraq heç vaxt istehsal edilməmiş və bazara çıxarılmamış məhsul üçün ayrılmışdırsa. Bu təqdirdə həmin GTİN-in 12 ay sonra təkrar istifadəsi mümkündür;

-         əgər bazardan çıxarılmış məhsulun istehsalına bir müddət sonra yenidən başlanıbsa, o, əvvəlki GTİN nömrəsi ilə təkrar bazara buraxıla bilər.

Bütün digər hallarda GTİN nömrələrinin təkrar istifadəsinə yol verilmir.

      Bu dəyişiklik biznes maraqlarına cavab verir və GTİN-in müasir ticarətdə unikallığını qoruyub saxlamağa kömək edir. Təcrübə göstərir ki, əmtəə haqqında informasiya əmtəənin özündən daha uzunömürlü ola bilər, bu səbəbdən həmin informasiyanın əmtəə yarandığı andan dəyişməz olaraq qalması çox vacibdir. 

       “GS1 General Specification”-ın tövsiyyələrinə əməl etməklə, Siz öz əmtəələrinizin GTİN nömrələrinin unikallığını təmin etmiş olacaqsız, bu isə, təchizat zəncirində biznes proseslərinin effektivliyini yüksəltməyə yardımçı olacaq.