Kodların tərtibi

 Müvafiq kodların tərtib edilməsi xidmətini Sizə təklif edirik. 

 SSCC-18 (Serial Shipping Container Code, İng.) nəqliyyat kodun tərtibində və standart  loqistika etiketinin dizaynının hazırlanmasında öz xidmətlərimizi Sizə təklif edirik.

    Kodların tərtibi

 

QR retro

      

            

QR code (Quick Response, İng) ikiölçülü matriks kodun köməyilə hər bir informasiyanı qrafik şəkil formasında təsvir eləmək olar: mətni, telefon nömrəsini, vizit kartını, yaxud veb səhifənin ünvanını və s.                                                               

QR kodun əsas üstünlüklərindən biri – ştrixkod skanerləri və mobil telefonları ilə tez oxunmasıdır, bu isə onu logistikada, ticarətdə, istehsalatda istifadə olunmasına imkan verir.

 

GS1 DataBar (əvvəlki adı RSS Reduced Space Symbology, İng) kodları kiçik ölçülü malların identifikasiyası üçün istifadə olunur. EAN/UPC kodları ilə müqayisədə daha çox məlumat saxlaya bilər.   GS1 DataBar kodları təzə meyvə və tərəvəzi, zinyət əşyalarını, əczaçılıq preparatlarını və markalanması çətin olan digər məhsulları identifikasiya etməyə imkan verir.

 

        

  

GS1 DataMatrix kodu – hərfi rəqəm informasiyasiyanın kodlaşdırılması üçün istifadə olunan uzunluğu dəyişən ikiölçülü ştrixkoddur. Bu formatın köməyilə kiçik sahədə birölçülü ştrixkodlara nisbətən daha çox məlumatı kodlaşdırmaq olur. Apteklərdə, elektron komponentlərin, baqaj yarlıklarının, şəxsiyyət vəsiqələrinin və s. markalanmasında geniş istifadə olunur.