Layihələrin təşkili

Ştrixli kodlaşdırma vasitəsilə avtomatik uçot sisteminin tətbiqində öz  xidmətlərimizi təklif edirik.

Xidmətimiz аvtomatik uçot sisteminin seçimini, anbara malın daxili-malın buraxılmasıı silsiləsində izləməsi və əsas vəsaitlərin inventarlaşdırılması ilə bağlı konkret təkliflərin verilməsini, ştrixkod avadanlığın quraşdırılması üçün tövsiyə olunan iş yerlərin və bu prosesə cəlb olunan işçilərin minimum texniki bilikləri müəyyən edilməsini nəzərdə tutur.

Sistemin qiyməti müəssisənin rəhbərliyi ilə birlikdə müəyyən ediləcək ve avadanlığın konkret modellərindən, onların sayından, uçotun avtomatlaşması dərəcəsindən və digər amillərdən asılıdır.

Müəssisənizdə avtomatik uçot sisteminin tətbiqilə bağlı layihənin kommersiya təklifinin tərtibatı üçün bizə aşağıda qeyd olunan məlumatlar lazım olacag:
1) Sizin müəssisədə istifadə olunan Proqram Təminatı.
2) Uçotun hansı bölmələrinin və hansı istehsal obyektlərin avtomatlaşdırılması nəzərdə tutulub.
3) Neçə iş yerinin avtomatlaşdırılması nəzərdə tutulub.
4) Avtomatlaşdırılmış iş yerlərində çalışan işçilərin siyahısı.
5) Neçə istifadəçiyə təlim kursunun keçirilməsi lazım olacaq.
6) Xüsusi avadanlığın Proqram Təminatına qoşulması nəzərdə tutulubmu (ştrixkod skanerləri, ştrixkod printerləri, ştrixkod çap edən tərəzilər, məlumat yığımı terminalı və s.).
7) Proqram Təminatının məsafədən qoşulması imkanı nəzərdə tutulubmu.

Ştrixli kodlaşdırma texnologiyaları əsasında müəssisənin məhsullarının avtomatlaşdırılmış uçot sisteminin tətbiqi üçün bizim tərəfimizdən hazırlanan təklifin tərtibində konkret şəraitə uyğun olaraq obyektlə yerində tanış olunması və tövsiyələrin verilməsi nəzərdə tutulur. 
Bunun üçün bizim mütəxəssislərin Sizin müəssisənizə gəlməsi və yerində bu məsələnin Sizinlə müzakirə edilmesi lazimdır.