Məhsulun elektron kodu

EPC (Electronic Product Code, ing) - təchizat xəttindəki hər hansı bir konkret əşyanı müəyyən edən unikal nömrədir. EPC kodu çipdən və antenadan ibarət, RFID radiotezlikli işarədə saxlanılır. EPC kodunu oxuyaraq, misal üçün, ticarət vahidinin mənbəyini və ya onun istehsal tarixini müəyyən etmək olar. EPC bir çox cəhətlərdə Əmtəənin Qlobal nömrəsinə GTİN-lə oxşardır. Bu nömrə - Qlobal şəbəkəyə (GDSN) daxil olan informasiya sistemlərinə çıxış imkanı yaradır.


GDSN - özündə sənaye və ticarət "nəhənglərini" birləşdirən və diqqətini EPC sisteminin işləməsi üçün nəzərdə tutulan qlobal şəbəkənin standartlarının tərtib edilməsinə yönəldən bir şəbəkədir.

GDSN məqsədi - şirkətlər və ticarət ortaqları arasında informasiya axınlarının keyfiyyətinin artırılması yolu ilə əmtəə təchizatlarının effektivliyini və izlənmə xüsusiyyətini artırmaqdır.