Məhsulun elektron kodu

EPC (Electronic Product Code, ing) - təchizat silsiləsində hər hansı bir konkret predmeti eyniləşdirən unikal nömrədir. EPC kodu çipdən və antenadan ibarət, RFID radiotezlikli nişana yazılır. EPC kodunu oxuyaraq, misal üçün, ticarət predmetinin mənbəyini və ya onun istehsal tarixini müəyyən etmək olar. EPC bir çox cəhətlərdə Əmtəənin Qlobal İdentifikasiya Nömrəsinə (GTİN) oxşardır. Bu nömrə də Qlobal GDSN şəbəkəsinə daxil olunan informasiya sistemlərinin istifadəsi üçün açardır. EPC məhsulların identifikasiya sahəsinin ən müasiridir.


GDSN məqsədi - şirkətlər və ticarət ortaqları arasında informasiya axınlarının keyfiyyətinin artırılması yolu ilə əmtəə təchizatlarının effektivliyini və izlənmə xüsusiyyətini artırmaqdır.