Nişanlar

 

ISO 180006b standartının nişanları

 

Bu standartın RFİD-nişanları dəyişməyən zavod identifikatoruna (istehsal mərhələsində verilir və sonradan dəyişdirilə bilməz) və 256 bit istifadəçi R/W yaddaşına malikdir. Dəyişməyən identifikator – hər bir nişanın unikallığının təminatıdır. Belə nişanın surətini çıxarmaq praktiki olaraq, mümkünsüzdür.

İstifadəçi yaddaşının olması sayəsində nişana hər hansı əlavə məlumatı, məsələn, malın göndərilməli olduğu sifarişçinin kodunu, göndərilmə tarixini, malın kodunu yazmaq olar. Bu, istənilən malın nə vaxt və kimə göndərildiyini mərkəzi məlumat bazası ilə əlaqə saxlamadan “yerində” müəyyən etməyə imkan verəcək.

Malı alan haqqında məlumatları yükləmə anında, yükləyən palletlə qeydiyyat zonasında olduğu zaman işarəyə daxil etmək olar. Bunun üçün 1C operatoru oxuma qurğusuna “alanın kodunu və yükləmə vaxtını yaz” komandasını verir və oxuma qurğusu 3-4 saniyə ərzində  palletin hər bir nişanına bu məlumatı yazır.

Bundan başqa, nişanın yaddaşı yenilənə bilir, bu da nişana yazılan məlumatları dəyişməyə imkan verir. Məsələn, mal əvvəlcə regional, sonra isə distributor anbarına göndərilir və yalnız bundan sonra müştəriyə göndərilir. Ünvanın hər dəfə dəyişməsi zamanı nişandakı məlumatın malın cari təyinat yerinə uyğun olması üçün onu dəyişmək olar. 

 

EPCGen 2.0 standartının nişanları

Bu standartın RFİD nişanları əvvəldən identifikatora malik olmur. İdentifikator bu nişanlara ya onları son istehlakçıya göndərən tərəfindən ya da son istifadəçinin özü tərəfindən yazılır. Belə nişanların markalanması qaydaları “Sistematika” şirkətinin üzv olduğu beynəlxalq EPC Global təşkilatı tərəfindən müəyyən olunur. Bir dəfə yazılan identifikatoru sonradan dəyişmək olmur.

Zavod nömrəsinin olmaması nişanların “klonları”nın yaradılmasına imkan verir. Bəzi tətbiqlər üçün bu, əhəmiyyətli deyil, lakin müəyyən şəraitlərdə mühüm amilə çevrilə bilər.

Əvvəllər belə nişanlar onların istehsalçıları tərəfindən tək-tək kütləvi istehlak mallarının markalanması nişanları kimi tətbiq olunurdu və belə nişanların dəyərinin aşağı salınması üçün onlarda istifadəçi yaddaşı quraşdırılmır.  Beləliklə, EPC Gen2.0 standartının nişanı ilə işarələnmiş bu və ya digər malın identifikasiyası üçün nişanın identifikatorunun konkret mal vahidinə uyğunluğu barədə informasiyaya malik məlumat bazası ilə əlaqə saxlamaq (və ya belə məlumat bazasının yaxud onun bir hissəsinin daşınan terminalda və kompüterdə surətinə malik olmaq) lazımdır.

EPC Gen2 RFİD nişanın strukturu

Gen2 standartı nşanlarının yaddaşı 4 banka bölünüb:

 

ReservedMemory (00) aşağıdakıların saxlanması üçün istifadə olunur:

  • KILL-parolun (32 bit). Onun sıfırdan fərqli qiymətində KİLL-komandanın köməyi ilə nişan həmişəlik “öldürülür” və onun işini bərpa etmək mümkün olmur;
  • ACCESS-parolun (32 bit). Onun quraşdırılması zamanı nişana giriş yalnız parolu bilməklə mümkün olur.

EPC (01, Electronic Product Code). Nişanın unikal identifikatorudur və nişanlar tapıldıqda onlar bir-birindən həmin identifikatora görə fərqlənir. İdentifikatorun ən çox yayılmış uzunluğu 96 bitdir, halbuki indi artıq 240 bit EPC nişanları da mövcuddur (daha az istifadə etmək olar). “Zavoddan” bank yazılmaqdan mühafizə olunmayıb və yenidən yazıla bilər, çox vaxt isə yenidən yazılmalıdır, çünki nişanlar “boş” EPC ilə yaxud bütün nişanlarda eyni qiymətlə ola bilər.

 

TID (10, Transponder ID). İstehsalçını və nişan çipinin modelini ayrılmış unikal kodla identifikasiya edir. Həmçinin burda hər bir ayrı nişanın əlavə unikal identifikatoru (Serialized TID) ola bilər. Həmin identifikator nişanın saxtakarlıqdan qorunması vasitəsi kimi istifadə oluna bilər. Nişanların EPC-nin dublikatı çıxarıla bilər, lakin TİD bankı nişanın istehsalı zamanı köçürülmədən qorunur və Serialized TID-lə birgə istehsalçının identifikatoru və çip mövcud olduğu zaman tam unikaldır.

 

UserMemory (11) – vacib deyil, olmaya bilər. İstənilən informasiyanın saxlanması üçün istifadə olunur. Mövcud olduqda adi ölçüsü 32-512 bitdir. Daha böyük həcmli modellər də var, lakin onlarda oxuma qurğuları ilə uyğunlaşa bilmə problemləri tez-tez baş verir.

EPC bankların, User Memory və ayrı-ayrılıqda KİLL və ACCESS sahələrin tərkibi qiymətinin dəyişməsindən müvəqqəti və ya həmişəlik (Permalock = Permanent Lock) qoruna bilər

 

RFİD nişanların sinifləri  

GS1 funksionallığından asılı olaraq RFİD nişanları siniflərə bölür:


Sinif 0

Yalnız EPC (Electronic Product Code) adlanan identifikatordan ibarət passiv RFİD nişanlarıdır (dəyişmək imkanı yoxdur), onların oxunmasının düzgünlüyünün yoxlanılması üçün kontrol məbləğdən istifadə olunur. 

 

Sinif 1

0 Sinfi ilə müqayisədə hər hansı əlavə funksionallığa malik passiv nişanlardır – yenidən yazılma imkanı ilə EPC, şirfləmənin istifadə olunması və s.

 

Sinif 2

«Yarıpassiv nişanlar» (Semi-Passive TagBаttery-Assisted Tag).  Əlavə qidalanma mənbəyi istifadə olunur, lakin nişanın radiotezlikli interfeysi passiv nişanlarda olduğu kimidir, yəni radioşüalanma üçün batareyadan istifadə olunmur.

 

Sinif 3

Aktiv nişanlar – aktiv radioşüalanma üçün quraşdırılmış batareyadan istifadə imkanı ilə.

 

Sinif 4

Daha çox inkişaf etmiş işləmə məntiqinə malik aktiv nişanlar, təkcə RFİD-oxuma qurğuları ilə deyil, həm də digər nişanlarla mübadilə imkanına malikdir.