Oferta müqaviləsinə aid İZAHLAR

Oferta müqaviləsinə aid

İZAHLAR

 

 1. Hazırkı oferta  "QS1Azərbaycan"MMC-nin (VÖEN 1400106351) rəsmi təklifidir. Təklif  Beynəlxalq GS1 sisteminin İstifadəçisinə göstərilən xidmətlər haqqında bütün mühüm şərtləri əks edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408-ci maddəsində “oferta” anlayışı və onunla bağlı normalar qeyd olunub.

AR-nın MM-nin 408.1-ci maddəsinə əsasən ofertanın aksepti ofertada göstərilən şərtlərlə müqavilənin bağlanması deməkdir.

2. Göstərilən şərtləri qəbul və ödəniş etdiyi halda hüquqi və ya fiziki şəxs GS1 sisteminin İstifadəçisi olur.

3. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq hazırkı ofertanın mətnini diqqətlə oxuyun və tanış olun. Əgər ofertanin hər hansı bəndi ilə razı deyilsinizsə, "QS1Azərbaycan"MMC xidmətlərin istifadəsindən imtina etməyinizi təklif edirik.

4. Oferta – hazırkı sənəd İnternet şəbəkəsində www.gs1az.org ünvanında dərc olunan GS1 beynəlxalq sisteminin istifadəçilərinə xidmətlərin göstərilməsinə dair “Oferta müqaviləsidir”.

5. Ofertanın aksepti – İstifadəçinin hazırkı ofertanın 16-cı bəndində göstərilən hərəkətləri etməsi ofertanın tam və qeyri-şərtsiz olaraq qəbulu deməkdir. Təklif olunan ofertanın aksepti müqavilənin yaranması deməkdir.  

6. İstifadəçi  – ofertanı aksept edən və beləliklə, "QS1Azərbaycan"MMC–nin təklif olunan xidmətlərinin sifarişçisi olan şəxsdir.

7. Aksept edilmiş Oferta  – "QS1Azərbaycan" MMC və GS1 sisteminin- İstifadəçi arasında avtomatik identifikasiya sahəsində xidmətlərin göstərilməsinə dair ofertanın aksepti vasitəsilə bağlanan müqavilədir.  

8. Avtomatik identifikasiya sahəsində Xidmətlərin Qiymətləri Cədvəli  – İnternet şəbəkəsində www.gs1az.org ünvanında dərc olunan və hazırkı ofertanın əlavəsində "QS1Azərbaycan" MMC –nin xidmətlərin qiymətlərin qüvvədə olan siyahısıdır.

9. Hazırkı ofertanın predmeti təklif olunan ofertanın və  "QS1 Azərbaycan" MMC-nin şərtlərinə uyğun olaraq İstifadəçiyə xidmətlərin göstərilməsidir.

10. "QS1Azərbaycan" MMC-nin göstərilən Xidmətlərin Qiymətləri Cədvəli hazırkı ofertanın ayrılmaz hissəsi hesab olunur.

11. Oferta və onun əlavələri rəsmi sənəd hesab olunur və İnternet şəbəkəsində www.gs1az.org ünvanında dərc olunur.

12. "QS1Azərbaycan"MMC hazırkı ofertanın şərtlərini birtərəfli qaydada İstifadəçi ilə əvvəlcədən razılaşdırmadan istənilən an dəyişdirmək hüququna malikdir və "QS1Azərbaycan"MMC bu dəyişikliklər qüvvəyə minməmişdən minimum bir gün əvvəl  www.gs1az.org  ünvanındakı İnternet resursunda dəyişdirilən şərtlərin dərc olunmasını təmin etməlidir.

13. Xidmətlər İstifadəçi tərəfindən əvvəlcədən 100% ödənişdən sonra "QS1Azərbaycan" MMC tərəfindən tam həcmdə yerinə yetirilir.

14. Ofertanın mətni ilə razı olduqu halda İstifadəçi   "QS1Azərbaycan" MMC-ə Ərizə ilə müraciət edir.

15. Alınan Ərizə əsasında "QS1Azərbaycan" MMC  seçilən xidmətin ödənişi üçün İstifadəçiyə hesab təqdim edir. 

16. İstifadəçi "QS1Azərbaycan" MMC-nin  bank hesabına köçürümə və ya nağd şəkildə pul vəsaitlərini daxil edir.

17. İstifadəçi  "QS1 Azərbaycan" MMC-nin bank hesabına ödəniş etdikdən sonra Oferta müqaviləsi qüvvəyə minir.

18. Ofertanın aksepti vaxtından etibarən üç iş günü ərzində "QS1Azərbaycan"MMC İstifadəçinin xidmətlərin yerinə yetirilməsini təmin edir.

19. İstifadəçinin yazılı müraciəti əsasında "QS1Azərbaycan"MMC ofertanın Tərəflərin imzaladığı hazırkı oferta müqaviləsi ilə eyni hüquqi qüvvəyə malik olan çap versiyasını tərtib edə bilər.  

20. Hazırkı Ofertanın "QS1Azərbaycan"MMC-nin rekvizitlərinin göstərildiyi çap versiyasının İstifadəçinin imzaladığı iki nüsxəsinin "QS1Azərbaycan"MMC-nin ofisinə İstifadəçi tərəfindən çatdırılması həmin ofertanın kağız nüsxəsinin imzalanması barədə İstifadəçinin yazılı tələbi deməkdir. Çap versiyanın göndərildiyi ünvan: Azərbaycan, Bakı şəhəri AZ1010, Xaqani küçəsi, 90 A

21. "QS1Azərbaycan"MMC  İstifadəçiyə xidmətlərin keyfiyyətli və fasiləsiz şəkildə göstərilməsi üçün əlindən gələni edir.

22. Oferta müqaviləsinin şərtləri qarşısı alınmaz qüvvə hallarına (fors-major) görə, o cümlədən, dövlət hakimiyyət orqanlarının hərəkətləri, yanğın, daşqın, zəlzələ, digər təbii fəlakətlər, elektrik enerjisinin olmaması və/və ya kompüter şəbəkəsinin işində  nasazlıqlar, işə çıxmama, mülki iğtişaşlar, qarışıqlıq, sadalananlarla məhdud olmayan İstifadəçinin hazırkı ofertanın şərtlərini icra etməsinə təsir göstərən və İstifadəçinin nəzarəti altında olmayan istənilən digər hallara görə pozulubsa "QS1Azərbaycan"MMC buna görə məsuliyyət daşımır.

23. Hazırkı oferta üzrə öhdəliklərin icra olunmaması və ya lazımi qaydada icra olunmamasına görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.

Müqavilə ofertanın aksepti olunan müddətdən etibarən qüvvəyə minir və Tərəflər öz öhdəliklərini icra edənə qədər qüvvədə qalır. Bütün mübahisələr Tərəflər arasında danışıqların aparılması yolu ilə həll olunur. İradlara baxılması müddəti otuz gün təşkil edir.

"QS1Azərbaycan"MMC rekvizitləri