RFİD texnologiyasının istifadəsi biznes-proseslərin effektivliyinin əhəmiyyətli dərəcədə artırılmasına imkan verir. Məhsulun RFİD sistemlərinin köməyi ilə izlənilməsi etibarlı və effektiv göndərmə sisteminin yaradılmasında əhəmiyyətli addımdır |
Aşağıdakılar RFİD-sisteminin üstünlüyü sayıla bilər: - RFİD oxuma qurğularına radionişan ilə əlaqə və ya onların bilavasitə görünməsi lazım deyil; - RFİD radionişanları dəqiq (demək olar ki, 100%) və qısa müddət ərzində oxunur; - radiotezlikli identifikasiya aqressiv mühitlərin təsiri şəraitində istifadə oluna bilər. |
![]() |
RFİD texnologiyaları əsasında sistemlərin məqsədi aşağıdakılardan ibarətdir: rəqəmsal formada saxlanılan informasiyanın saxlanmasını təmin etmək və onu obyektin identifikasiyası proseslərinin yerinə yetirilməsi üçün ötürmək. RFİD texnologiyaları əsasında sistemlərin tərkibinə daxildir: - siqnalın qəbul edilməsi və ötürülməsi üçün antenna (çıxarıla bilən və ya monobloka birləşdirilmiş); - oxuyucu qurğu (RFİD oxuyucu, yəni rider); - İnformasiyanın saxlanılması üçün RFİD-nişan. |
![]() ![]() |
RFİD-sistemin ümumi iş prinsipi olduqca sadədir: RFİD-oxunma qurğusu elektromaqnit enerjisi yayır, RFİD-nişan isə oxuyucudan siqnalı qəbul edir və özünün antenna tərəfindən qəbul edilən və oxuyucu tərəfindən işlənən cavab siqnalını formalaşdırır. RFİD-nişanın yaddaşından unikal kodun oxunması riderin (oxuyucunun) sorğusu ilə yerinə yetirilir. Rider saniyədən az müddətdə radiotezlikli siqnal-göndərişi formalaşdırır və radionişan onun təsir sahəsinə düşdükdə özünün cavab rəqəmsal kodunu ötürür. |