Nəqliyyat qablaşdırmasının SSCC seriya kodu – içində mal olan böyük qutular, palletlər və ya treylerlər haqqında xüsusi məlumatın identifikasiyası üçün özünəməxsus “nömrə nişanı”dır. SSCC malların bir ticarət partnyorundan digərinə tez və effektiv sürətdə hərəkət etdirilməsinə kömək edir.
SSCC – logistik vahidin hərəkətinin və olduğu yerin müəyyən edilməsi zamanı elektron məlumat mübadiləsinin vacib elementidir. Logistik vahid dedikdə, “daşınma və/və ya saxlanma üçün nəzərdə tutulan, daşıma silsiləsi üzrə hərəkəti istiqamətləndirilməli və nəzarət edilməli olan istənilən tərkib vahidi (qutular, böyük qutular, palletlər...) başa düşülür.
SSCC “Yüklənmə haqqında bildiriş” (DESADV) kimi elektron müraciətlərdə istifadə olunur. Nömrələrin və elektron biznes-tranzaksiyaların birgə istifadəsi zamanı konkret qutuda, palletdə və yük maşınında olan məhsullar haqqında məlumat SSCC ilə əlaqələndirilir, sonra isə qəbul edən tərəf SSCC-ni əks etdirən və logistik vahidlərin üzərinə vurulan ştrixli kodları skanerləşdirir, bu da ticarət predmetlərinin təchizat zənciri üzrə hərəkətini sürətləndirir.
SSCC nömrələri ilə markalanan logistik vahidlərdə həm eynicinsli ticarət predmetləri, həm də ən müxtəlif predmetlər ola bilər. Bundan başqa, SSCC həm bir yük maşınının, həm də məhsulların bütöv bir ticarət axınının təchizat zənciri üzrə identifikasiyası və izlənilməsi üçün istifadə oluna bilər.
SSCC – kompüter fayllarında saxlanılan və öz növbəsində biznes-məlumatların elektron mübadiləsi vasitəsilə ötürülən məlumata girişi təmin edən identifikatordur. SSCC nömrəsi – 18 rəqəmli nömrədir. Nömrənin unikallığı milli GS1 təşkilatı tərəfindən verilən GS1 şirkətinin Prefiksinin istifadəsi ilə təmin olunur.
SSCC nömrəsinin strukturu
İstifadə identifikatoru |
Genişlənmə nömrəsi |
Şirkətin prefiksi |
Seriya istinad nömrəsi |
Nəzarət rəqəmi |
00 |
N1 |
N2N3N4N5N6N7N8N9N10 |
N11N12 N13 N14 N15N16 N17 |
N18 |
İstifadə identifikatoru (00) məlumatlardan sonra SSCC nömrəsinin olduğunu göstərir.
Genişlənmə nömrəsi SSCC-də Seriya istinad nömrəsinin həcminin artırılması üçün istifadə olunur. O, SSCC nömrəsini verən şirkət tərəfindən verilir. Genişlənmə nömrəsi 0-dan 9-a qədər ola bilər.
SSCC nömrəsi logistik etiketin köməyi ilə logistik vahidin üzərinə vurulur. Logistik vahidlərin markalanması üçün GS1 logistik etiketində GS1-128 kodunun və GS1 İstifadə identifikatorlarının simvolikaları istifadə edilir. Logistik etiket YALNIZ GS1-128 ştrixli kod simvolu şəklində bir SSCC nömrəsindən ibarət ola bilər. Logistik etiketin üzərində SSCC nömrəsinin olması SON DƏRƏCƏ VACİBDİR!
SSCC-nin elektron tranzaksiyalarla birgə istifadəsinə dair tipik nümunə aşağıda addımbaaddım təsvir olunub:
![]() |
|
(00) – Özündən sonra SSCC nömrəsi ilə məlumatlar sahəsinin olduğunu göstərən İstifadə identifikatoru. 1 – Genişlənmə rəqəmi 47600887 - GS1 şirkətinin prefiksi. 00000001 – Seriya istinad nömrəsi. 0- Nəzarət rəqəmi.
|
![]() |
• GTIN nömrəsinin kodlaşdırılması üçün nömrədən əvvəl gələn İstifadə identifikatoru (01) tələb olunur. • Palletdə olan ticarət predmetlərinin tərkibinin GTIN nömrəsinin kodlaşdırılması üçün nömrədən əvvəl gələn İstifadə identifikatoru (02) tələb olunur. • Simvolikada məlumat sahələrinin birləşdirilməsi imkanı var (məsələn: GTIN nömrəsi + netto çəkisi kq-la(310)+miqdarı(37). |
![]() |
• Məsələn: istehsal tarixi(11) + müddətin bitməsi tarixi (17).. |
SSCC nömrəsinin palletə vurulmasına dair nümunə
Hər bir palletin üzərinə SSCC nömrəsi ilə ən azı bir ştrixli kod vurulmalıdır. Palletin üzərinə qonşu şaquli tərəflərinə ştrixli kodla İKİ etiketin vurulması tövsiyə olunur. Bu, palletin yük maşınına yüklənməsi və ya anbarda stellaja yerləşdirilməsi zamanı yerdəyişmə və döndərmələr zamanı xüsusilə kömək edəcək.
• Etiket palletin yanaşı tərəflərində yerləşdirilməlidir. • Palletin kənarına və altına qədər məsafələr müvafiq olaraq: 1 – minimum 50 mm 2 – minimum 400 mm, maksimum 800 mm
|
|
![]() |
Logistik etiketin nümunəsi aşağıda verilib.
Vacibdir!
Yadda saxlayın ki, mağazada və anbara skan etmə şərtləri fərqlənir! Sizin avadanlığın EAN/UPC, ITF-14 və GS1-128 kodlarının simvolikasını oxuya bildiyinə əmin olun.