Ştrixkod simvolikaları

 

Ştrixli kodların tipləri

Hal-hazırda ştrixli kodların 300-dən çox tipi mövcuddur. Müxtəlif tiplərdə müxtəlif kodlaşdırma alqoritmləri istifadə olunur. Hər alqoritmin məlumatın minimal və maksimal həcmləri, ştrixkodun ölçüsünə məhdudiyyəti və s. kimi xüsusiyyətləri var. Ştrixkodların müxtəlif tipləri öz üstünlüklərinə və çatışmamazlıqlarına malikdirlər və konkret tətbiq sahəsini nəzərə alınmaqla hazırlanıblar. Ştrixkod simvolikaları
 

Əmtəə kodları

Texnolojı kodlar adətən müəssisənin da­xi­lində infor­ma­si­ya sistemlərinin və ya mü­əs­sisənin avtomat­laş­dırılmış idarəetmə sis­temlərinin yaradılmasında, müx­təlif detal­ların, hissələrin və s. identifikasiyası üçün tət­biq olunurlar.

EAN-13 kodu

EAN-13 - bu, rəqəmli məlumatların kodlaşdırılması üçün 13 rəqəmli ştrixkoddur. Adətən, EAN-13 kodu əmtəələrin və xidmətlərin identifikasiyası üçün istifadə olunur.

Ştrixkod simvolikaları

 EAN-14 kodu 

Malların təchizatında ticarət vahidi kimi müəyyən sayda eyni maldan ibarət qrup qablaşması olur. Adətən, bu cür qablaşdırmaya, müstəqil ticarət vahidi kimi ayrıca əmtəə nömrəsi verilir. Eyni mal qrup identifikasiyası üçün ITF-14 (İnterleaved 2 of 5) simvolikasından istifadə edərək nəqliyyat qablaşmasına vurulan EAN-14 strukturlu əmtəə nömrəsi istifadə edilə bilər. ITF-14 simvolikası satış kassasından keçirilməyən mallara vurulur. Çox vaxt bu, eyni mal qrupu, qutular, poddonlar və s. olur. ITF-14 kodu düzbucaq çərçivədə olur və bu, ştrixkodu kanar nişanların müdaxiləsindən qoruyur.  

Ştrixkod simvolikaları

EAN-8 kodu

EAN-8 rəgəmli məlumatların kodlaşdırılması üçün 8 rəqəmli ştrixkoddur. EAN-8 kodu EAN-13 ştrixkodunun ixtisar olunmuş variantıdır. EAN-8 kodu 13 rəqəmdən yox, 8 rəqəmdən ibarət olduğu üçün onun ölçüləri də EAN-13 kodundan kiçikdir. Üzərində tam EAN-13 ştrixkodunun yerləşdirilməsi mümkün olmayan kiçik mallar üçün istifadə edilir. 

Ştrixkod simvolikaları

GS1-128 kodu

EAN-13-dən fərqli olaraq GS1-128 kodunda yalnız kodlaşdırma dili unikaldır. GS1-128-in qurulması üçün CODE-128 əlifbasından istifadə olunur. Bu o deməkdir ki, “CODE-128” deyiləndə, o əlifbanı nəzərdə tutur (hansı rəqəmlər və hərflər hansı ştrixlər ilə ifadə olunur). Əgər «GS1-128» deyilirsə, kodlaşdırma əsasında konkret malın və ya yükün yekün kodlaşdırılması sistemini nəzərdə tutur. 128 rəgəmi GS1-128-ə CODE-128-dən keçib, CODE-128-də isə həmin əlifbanın göstərə biləcək simvolların miqdarını ifadə edir, demək olar ki, ASCII (American Standart Code for Information Interchange, ing.) standartın bütün 128 simvolunu ifadə edir.  Ştrixkod simvolikaları 

 

UPC-A və UPC-E kodlar

UPC-A və UPC-E kodları EAN-13 və EAN-8 kodları ilə analoji kodlardır. Bu kodlar 1973-cü ildə ABŞ və Kanada­da pərakəndə satış üçün tərtib olunmuşdurlar. UPC-A (Universal Product Code-A, ing) və UPC-E (Universal Product Code-E, ing) ədədi məlumatların kodlaşdırıl­ma­sı üçün 12 və 8 rəqəmli ştrixkodlardır.

     

Ştrixkod simvolikaları

 

 

 Ştrixkod simvolikaları

 GS1 DataBar kodları

GS1 Databar simvolikaları (əvvəlki adı, RSS-Reduced Space Symbology, ing) - kiçik ölçülü malların identifikasiyasında istifadə edilən və EAN/UPC ştrixkoduna nisbətən daha çox informasiya saxlayan simvolikalardır. GS1 Databar kodları, GTİN nömrələri ilə markalanması çətin olan meyvə və tərəvəzi, zərgərlik əşyalarını, əczaçılıq preparatlarını, həmçinin seriya və lot nömrələrini, saxlama müddətini identifikasiya etməyə imkan verir. Bu, məhsulun hərəkətini izləməyə imkan verir. Belə kodlar, dəyişkən kəmiyyətli malların identifikasiyasında istifadə olunur. 

 GS1 DataBar-14 kodu

GS1 DataBar-14 kodu GTİN əmtəə nömrəsinin 14 rə­qəminin kodlaşdırılması üçün təyin edilmişdir. Simvolu biri o birisinin altında yerləşən iki seqmentdən ibarətdir ki, bununla da simvolun qrafik təsvirinin ölçülərinin ki­çik olması əldə edilir. Tərkibli GS1 DataBar-14 hər isti­qa­mətli skanerlənməni nəzərdə tutur. Ştrixkod simvolikaları 

 Kəsik GS1 DataBar -14

Kəsik GS1 DataBar-14 kodu GTIN əmtəə nömrəsinin 14 rəqəminin məhdudiyyətlə kodlaşdırılması üçün tət­biq olunur: EAN-14 nəqliyyat qablaşması kodunun bi­rinci rəqəmi (logistik variant) yalnız 0 və ya 1 qiymətini ala bilər. Ona görə də, bu cür simvolikanın köməyilə EAN nömrələrinin tam diapazonunu kodlaş­dır­maq mümkün deyil. Eyni zamanda, ştrix kodun mi­ni­mal fiziki ölçülərində bu simvolika EAN-8 və EAN-13 nöm­rələrini müvəffəqiyyətlə kodlaşdırmağa imkan verir.  Ştrixkod simvolikaları

Genişlənmiş GS1 DataBar -14 kodu

Genişlənmiş GS1 DataBar-14 kodu GTIN əmtəə nöm­rə­sinin 14 rəqəmini, həmçinin 72 rəqəm və ya 42 hərfi işarəni aşmayan əlavə informasiyanın kodlaşdırılması üçün­dür. Burada, ilkin GTIN simvolu ilə əlaqəli olan əla­və ilkin informasiyanın kodlaşdırılması məcburidir. Ştrixkod simvolikaları

Kompozit simvolikar

Kompozit simvolikalarda (Composite Simbologies, ing.) iki kod bir-birindən müəyyən məsafədə yerləşir və qarşılıqlı əlaqəli informasiyanı daşıyır. Adətən, kodlar­dan biri xətti, digəri isə ya çoxsıralı, ya da matrisalıdır. Kompozit simvolikalar kodlaşdırılan obyekt haqqındakı müxtəlif tipli informasiyanın müəyyən məsə­lələrin həlli üçün nəzərdə tutulmuşdur.  Ştrixkod simvolikaları

 Texnolojı kodları

Texnolojı kodlar adətən müəssisənin da­xi­lində infor­ma­si­ya sistemlərinin və ya mü­əs­sisənin avtomat­laş­dırılmış idarəetmə sis­temlərinin yaradılmasında, müx­təlif detal­ların, hissələrin və s. identifikasiyası üçün tət­biq olunurlar.

 CODE 39 kodu

CODE 39 kodunun formatı - uzunluğu dəyişən diskret ko­ddur. Bu ən çox istifadə olunan ştrixkod formatıdır, ona görə ki, o rəqəmləri, böyyük və kiçik hərfləri və həmçinin bir neçə durğu işarəsini kodlaşdırmağa imkan verir. Misal üçün, 1234567890ABCDEFGHICKLMNOPQ RSTU VWXYZ - . $ / + %. *. * simvolu yalnız Start/Stop nişanı kimi istifadə olunur. CODE 39 kodunun formatının geniş yayılması bir neçə faktorla əsaslanır: istifadədə sadəliyi, hərfi-rəqəmli kod­laş­dırılma imkanı, dəyişən uzunluq (istənilən sayda sim­vol­dan kod qurula bilər), hər hansı skanerlə oxunma imkanı. CODE 39 kodu avtomobil istehsalında kom­plektləşdiricilərin markalanmasında daha geniş istifadə edilir. Ştrixkod simvolikaları 

 DataMatrix kodu

DataMatrix kodu - hərfi-rəqəm informasiyasının kod­laş­dırması üçün istifadə olunan uzunluğu dəyişən iki­öl­çü­lü ştrixkoddur. Bu formatın köməyilə kiçik sahədə birölçülü ştrixkodlara nisbətən daha çox məlumatı kod­laşdırmaq olur. DataMatrix kodunun alqoritmi səhvlərin aşkar olunmasına və düzəldilməsinə imkan verir. Ap­tek­lər­də, elektron komponentlərin, baqaj ya­rlıklarının, şəx­siy­yət vəsiqələrinin və s. markalan­masın­da geniş isti­fadə olunur. Ştrixkod simvolikaları

PDF417 kodu

PDF417 kodu (Portable Data File, ing.) - hərfi-rəqəmli məlumatlarının kodlaşdırılması üçün uzunluğu dəyişən ikiölçülü ştrixkoddur. Kod PDF417 baqaj yar­lıq­ları, ava­dan­lıqların müxtəlif hissələrinin markalanması, şəx­siy­yət vəsiqələri daxil olmaqla ümumi istifadə üçün tətbiq olunur. Ştrixkod simvolikaları

QR kodu

QR kodu (Quick Response, ing) ikiölçülü matriks kodudur. QR kodun köməyilə hər bir informasiyanı qrafik şəkil formasında təsvir eləmək olar. Mətni, telefon nömrəsini, vizit kartı, yaxud veb səhifənin ünvanını və s. QR kodun əsas üstünlüklərindən biri - skan avadanlığı ilə tez oxunmasıdır, bu isə onu logistikada, ticarətdə, istehsalatda istifadə olunmasına imkan verir. QR-kod 1994-cü ildə Yaponiyada yaradılmışdır.  Ştrixkod simvolikaları