Ştrixkodların tərtibində ilk bilgilər

Addım 1:  Siz GSsisteminin İstifadəçisi oldunuz

İlk növbədə, Siz ştrixkodlardan istifadə hüququnu əldə etməlisiniz. Bunun üçün Siz GS1 Milli təşkilatına - GS1 Azərbaycan Cəmiyyətinə müraciət edib GS1 sistemində qeydiyyatdan keçməlisiniz. Bundan sonra Sizə Unikal Qlobal Prefiksini (Global Company Prefiks - GCP, ing) və Qlobal Yerləşmə Nömrəsini (Global Location Number - GLN, ing) qeyd edən Şəhadətnamə veriləcək.

                             

 

Qlobal Prefiksi əldə etdikdən sonra İstehsalçı ştrixli kodların identifikasiya nömrələrini bütün məhsullarına, logistik vahidlərinə - pallet, çəllək və qutularına vurmaq hüququna malikdir. Təchizat silsiləsində məlumatın elektron mübadiləsi üçün şirkətlərin Qlobal Yerləşmə Nömrələri istifadə olunur.

İstehsalçının Qlobal Prefiksinə əsasən onun əmtəə məhsullarına ştrixkodun rəqəmsal identifikasiya nömrələri ayrılır. 
Əgər Sizin müəssisəniz, məsələn, 476000210 nömrəsilə qeydiyyatdan keçibsə, o zaman, istehsal etdiyiniz məhsulların ştrixkodları da 476000210 rəqəmlərilə başlayacaq. Sonrakı rəqəmlər isə məhsulları fərqləndirir.

Beynəlxalq əmtəə nömrələnməsi sisteminin əsas qaydası - müxtəlif istehlak xüsusiyyətli mallara (sort, növ, çəki, rəng, model, qiymət və s.) müxtəlif unikal əmtəə nömrələrinin ayrılmasıdır.

 

  EAN-13 əmtəə kodunun formatının açıqlaması:

İlk 3 rəqəm - GS1 Cəmiyyəti tərəfindən milli üzv-təşkilatlara verilən prefiksdir.
GS1 Azərbaycan üçün - 476. Prefiks malın istehsalçısının hansı milli nömrələmə təşkilatında qeydiyyata alınmasını göstərir; 
Növbəti 6 rəqəm - malın istehsalçısının unikal qeydiyyat nömrəsi; 
Sonrakı 3 rəqəm - müəssisəyə istehsal etdiyi məhsula görə milli nömrələmə təşkilatı tərəfindən verilən unikal identifikasiya nömrəsi; 
Sonuncu 1 rəqəm - kodun 12 rəqəmi əsasında xüsusi alqoritm vasitəsilə hesablanan nəzarət rəqəmidir.

 

Ştrixkodun oxunma sxemi çox sadədir. Skanerin şüası dərhal və səhvsiz ştrixkodun zolaqların  oxuyub rəqəm lərini kompüter faylına ötürür.

 

EAN-13 ştrixli kodun rəqəmli əhəmiyyəti - əmtəənin hər hansı məlumat bazasına unikal  identifikasiya açarıdır.

İkiölçülü kodlar isə məlumatdaşıyıçı vasitədir.

Addım 2:  Ştrixkodun tipinin düzgün seçimi

Ştrixkodun tipini seçməzdən əvvəl, onu hansı sahədə istifadə olunacağı və ştrixkod simvolikalarının hansı tələblərə cavab veriləcəyini müəyyən etmək lazımdır.

 

 

Bilmək lazımdır ki, kiçikölçülü məhsullar, məsələn, siqaretlər üçün EAN-8 kodları istifadə olunur. GS1 DataBar kodu da kiçikhəcmli mallara, təzə məhsul və meyvələrə vurulur. Bu kodların hər ikisinə istehsal tarixi, istifadə müddəti və s. məlumatı daxil etmək mümkündür.

 

Əmtəənin tək və qrup qablaşması mövcuddur. Əgər məhsul pərakəndə ticarət üçün nəzərdə tutulubsa, onda EAN-13 kodundan istifadə olunur.

POS-terminalda satış üçün nəzərə alınan əmtəə vahidi tək bağlama kimi qəbul edilir. Məsələn, siqaret qutusu, konserv bankası və s. POS-terminalda satış üçün nəzərdə tutulan eyni əmtəələrin qruplaşmış bağlaması (məsələn, siqaret bloku) qrup qablaşdırma kimi qəbul edilir. Bir əmtəənin tək və qrup bağlamalarının fərqli EAN-13 kodları olmalıdır, çünki əmtəə vahidi ilə qrup qablaşmanın qiymətləri fərqlidir.

Əgər ticarət zalında əmtəələr tək və ya qrup qablaşmaları kimi satılırsa, anbar və nəqliyyat məqsədləri üçün tək və qrup qablaşdırılmış əmtəələr nəqliyyat bağlamalara 
yerləşdirilir (karton qutu, yeşik, poddon və s.). 
Nəqliyyat bağlamaların üzərinə 14-rəqəmli İTF-14 ştrixkodu verilir.

GS1-128 kodu isə pallet və nəqliyyat vahidlərinin identifikasiyası üçün istifadə olunur.

GS1-128 kodu əmtəənin partiya nömrəsini, onun hazırlanma tarixini, yayılma müddətini, zəmanət şərtlərini və s. kodlaşdırmağa imkan verir.

 

Addım 3:  Bağlamanın üzərində yerləşdirilməsi

Ştrixkodun rəqəmsal qiymətini aldıqdan sonra onu bağlamanın üzərinə düzgün yerləşdirmək lazımdır. Kodun asan oxunması ticarət şəbəkələrində satışın sürətinə və effektliyinə müsbət təsir göstərir, buna görə də ştrixkod operator tərəfindən asanlıqla görünən və ya tapıla bilən yerdə olmalıdır. Ən çox tövsiyə olunan yer məhsulun arxasının aşağı küncündə, məhsulun kənarlarından ən azı 8 mm yaxın və 100 mm uzaq olmamalıdır. 
Ştrixkodun müvəffəqiyyətlə oxunması üçün skanerin şüası simvolun bütün zolaqları ilə kəsişməlidir, buna görə ştrixkodu məhsulun künc hissələrində çap etmək olmaz. 

Əgər ştrixkodun yerləşdirilməsi tövsiyə olunanlara uyğun deyilsə, onda skanerin ştrixkodu oxumasına zəmanət yoxdur. Məhz bu səbəbdən ştrixli kodun ölçülərinə və yerləşdirilməsinə xüsusi diqqət yetirilməlidir.

Addım 4:  Ştrixkodun istiqamətləndirilməsi 

Ştrixkodun yerləşməsi çap prosesindən və məhsulun üzərindəki əyriliklərdən asılıdır. Çap prosesi və əyriliklər imkan verirsə, o zaman ştrixkodun “çəpər” istiqaməti daha üstün sayılır.

 

 

Silindrik malların üzərinə ştrixkodu “Pilləkən” istiqamətində yerləşdirmək məsləhət görülür, çünki bu halda kodun bütün zolaqları skanerin şüası ilə kəsişə bilir. “Çəpər” istiqamətli ştrixkod simvolunun altında yerləşən identifikasiya nömrəsi “insanoxuyan” formada soldan sağa oxunur. “Pilləkən” istiqamətində yerləşdirilən ştrixkodda, “Çəpər” istiqamətindən fərqli olaraq, simvolunun ştrixləri bağlamanın alt hissəsinə paralel istiqamətdə yerləşdirilir.  Bu halda kodun rəqəmləri yuxarıdan aşağı (və ya aşağıdan yuxarı) oxunur. 

Ştrixkodun üstünü bağlamaq, onu bükülmüş, qırış yerlərdə vurmaq olmaz. Ştrixkod qablaşdırmanın küncündə və əyilən yerlərində yerləşdirilsə, skanerin şüası ştrixkodu tam əhatə etməyəcək və simvolun bütün zolaqları ilə kəsişməyəcək və ştrixkod təbii ki, oxunmayacaq.

 

İstehsalat prosesi zamanı ştrixkodun zədələnməsi, bağlamanın qıraqlarına və qatlarına düşməsi, digər bağlama materialı ilə örtürülməsi kimi qüsürlar olduğu halda ştrixkod yenidən çap olunub əvəz edilməlidir.  

Addım 5: Lazımi qədər boş zonaların saxlanılması

Boş zona ştrixkodun sağında və solunda olan acıq sahədir. Bu sahələr ona görə çox vacibdir ki, skanerə ştrixkodun haradan başlayıb bitməsini tanımağa imkan verir. 

 

Boş zonanın eni ştrixkodun ölçüsündən asılıdır. Ştrixkod nə qədər böyük olarsa, boş zona o qədər də geniş olmalıdır. Boş zona tələb olunandan kiçik olduqda ştrixkodun oxunmasında maneələr yarana bilər. Siz əmin olmalısız ki, boş zona mətn, qrafika, loqo və su işarələrindən azaddır. Boş zonanı nəzərə alaraq ştrixkodu bağlamanın əks tərəfindəki aşağı sağ küncündə yerləşdirmək məsləhət olunur.

 

Addım 6:  Hündürlüyünün kəsilməsi

Pərakəndədə istifadə olunan EAN-13 ştrixkod simvolunun adi nominal ölçüsü 22,85x37,29 mm-dir. Ştrixkodun hündürlüyünün azalması onun rahat oxunmasına təsir edir. Məhsul POS-terminalda bir neçə dəfə skanerdən keçirilirsə, ehtimal varillk ki, simvol normadan çox kiçikdir. Ştrixkodun hündürlüyünü 30%-dən çox kiçiltmək tövsiyə olunmur, çünki ştrixkodun hündürlüyü standartlara görə 16 mm-dən az olmamalıdır. Bu zaman ştrixkodun oxunma ehtimalı azalır.

 

 

Ştrixkodun kəsilməsini nadir hallarda, sahə kiçik olduqda tətbiq etmək lazımdır.

Addım 7:   Böyültmə faktoru

EAN-13 və EAN-8 simvollarının nominal ölçülərini GS1 Baş Spesifikasiyasında tövsiyyə olunan kimi mütənasib olaraq 200% artırmaq və 80% azalmaq olar. Ştrixkodun enin və hündürlüyünün kəsilməsi skanerlə oxunma imkanını məhdudlaşdırır.

 

Etiketin dizaynını təmin etmək məqsədilə ştrixli kodun ölçülərini süni şəkildə kiçiltmək olmaz. 
Ştrixkodun əsas etiketdən ayrı daha məsləhətlidir nəinki standart ölçülərinə riayət edilməməsi.

Addım 8:  Rəngin seçimi

Ştrixli kodlar müxtəlif rənglərdə ola bilər. Lakin, ştrixkodun rənglərini seçən zaman onu bilmək lazımdır ki, açıq rənglərdən aralıqlar və boş zonalar üçün, tünd rənglərdən isə ştrixlər üçün istifadə olunur.

 

Ştrixkodun zolağlarının müxtəlif rənglərdən tərtib olunması yolverilməzdir. Kompozit rənglər məzdir. Kompozit rənglər ştrixli kodların çapı üçün yaramır. Ştrixkodda eyni tonlu rənglərin istifadəsi tövsiyə olunur. Vacibdir ki, zolaqlar tünd rənglərdə çap olunsun. 

Addım 9:  Kontrastlığın təmini

İdeal halda, ştrixkodun zolaqları (ştrixləri) qara, onun çap olunduğu sahə isə ağ rəngdə olmalıdır. Bu halda ən yüksək kontrastlıq əldə olunur. Skaner ştrixkodu oxuyarkən tünd və açıq sahələrin ardıcılığına reaksiya verir, buna görə də ştrixlərin və aralıqların kontrastlığını təmin etmək lazımdır. Əgər ştrixlərin və aralıqların rəng kontrastlığı düzgün seçilməyibsə, bu halda skanerin qırmızı şüası zolaqları əks etdirə bilməyəcək. Bu da zolaqların müəyyən ardıcıllığı ilə verilmiş informasiyanın oxunmasında problem yaradacaq. Folqa və şəffaf bağlamalar parlaq olduğu üçün ştrixkodun oxunmasını çətinləşdirir.

 

Onun üçün onlardan istifadə etmək tövsiyə olunmur. Metal üzlüklər şüanı skanerdən uzaqlaşdırır və onun oxunmasını son dərəcədə çətinləşdirir. Simvolun fonunun zolaqları ilə kontrastlığı təmin edilməlidir.

 Addım 10: Ştrixkodun çap üsulunun seçilməsi 

Ştrixli kod hansı məlumatı daşıyacaq - daimi və yaxud dəyişkən və harada istifadə olunacağını dəqiqləşdirərək, onun çap üsuluna diqqət yetirmək lazımdır. Daimi məlumat deyəndə, əmtəənin bağlamasının üzərindəki EAN-13 ştrixkodu nəzərdə tutulur. Əgər Sizin ştrixli kod daimi məlumat daşıyırsa və Sizə çox sayda etiket tələb olunursa, onların çapı üçün mətbəəyə müraciət etməyiniz məqsədə uyğundur. 
Əgər Sizə az miqdarda etiket lazımdırsa və ya etiketlərinizdə dəyişkən məlumat əks etdirilirsə, onda çap üçün termo və ya termotransfer printerlərdən istifadə edə bilərsiniz.

Əgər məhsulun saxlanma müddəti qısadır və ya tez satılandırsa (məsələn, çörək məmulatları), o zaman termoçapdan istifadə etmək olar.