Ştrixkodların yerləşdirilməsi qaydaları

EAN ştrixkodlarının bağlamaların üzərində yerləşdirilməsi müxtəlif növ məhsullardan və onların bağlamalarının tiplərindən asılıdır. Simvolların yerləşməsi ştrixkodun tez və müvəffəqiyyətlə oxunmasına təsir verir. Adətən, bağlamanın üz tərəfində məhsulun adı və mətəə nişanı vurulur. Buna görə də bağlamanın arxa tərəfində ştrixkodun yerləşdirilməsinə üstünlük verilir. Bağlamanın aşağı sağ tərəfində ştrixkodun yerləşməsi məqsədəuyğundur.

Ştrixkod simvolu bağlamanın küncündən ən azı 8 mm-dən az məsafədən yerləşdirilməməlidir. Simvolu bağlamanın qıraqlarına yaxın yerləşdirməkdən çəkinmək lazımdır.

Bağlamanın alt hissəsində ştrixkod simvolunun vurulmasına yol verilir.

Lakin, bu boyük ölçülü və ağır çəkili bağlamanın skanerlə oxunmasında çətinlik törədə bilər. Bunun üçün, bağlamanın arxa tərəfinin istifadəsi tövsiyyə olunur.

Aşağıda məsləhət görülən nümunələr ğöstərilir.