Ştrixkodun çap keyfiyyəti

Təcrübə göstərir ki, pərakəndə satış üçün istehsalçı tərəfindən göndərilən malların üzərində vurulan ştrixkodlar bəzən kassa terminallarında skanerlə oxuna bilmir. Etiketlərin üzərindəki ştrixkodların çap keyfiyyətinin yoxlanılmasına əhəmiyyət verilməməsi külli miqdarda maliyyə itkisinə səbəb ola bilər. Bu məsələnin aktuallığı daha çox məhsulların ixracında özünü göstərir.

Belə halların qarşısının alınması üçün, mağazaya göndərilən malların ştrixkodlarının qabaqcadan yoxlanılmasına ehtiyac var. İxrac mallarının etiketlərindəki ştrixkodların hündürlüyü, eni, kontrastlığı qəbul olunmuş beynəlxalq standartlara uyğun olması xarici tərəfdaşlar tərəfindən irəli sürülən tələblərdən biridir.

Xaricdə ştrixkodların yoxlanılması, yəni verifikasiyası ticarət şəbəkəsi və mal göndərən arasında bağlanan standart müqaviləsinin şərtlərindən biridir. Bunun üçün ixrac olunan malların üzərindəki ştrixkodların keyfiyyətinin yoxlanılması məqsədə uyğundur.

 

 

- Verifikasiya

- Film-master