Ştrixli kodların tipləri

Hal-hazırda ştrixli kodların 300-dən çox tipi mövcuddur. Müxtəlif tiplərdə müxtəlif kodlaşdırma alqoritmləri istifadə olunur. Hər alqoritmin məlumatın minimal və maksimal həcmləri, ştrixkodun ölçüsünə məhdudiyyəti və s. kimi xüsusiyyətləri var. Ştrixkodların müxtəlif tipləri öz üstünlüklərinə və çatışmamazlıqlarına malikdirlər və konkret tətbiq sahəsi nəzərə alınmaqla hazırlanıblar. Ştrixli kodların tipləri
 

 

Əmtəə kodları

Texnolojı kodlar adətən müəssisənin da­xi­lində infor­ma­si­ya sistemlərinin və ya mü­əs­sisənin avtomat­laş­dırılmış idarəetmə sis­temlərinin yaradılmasında, müx­təlif detal­ların, hissələrin və s. identifikasiyası üçün tət­biq olunurlar.

 

EAN-13 kodu

EAN-13 - bu, rəqəmli məlumatların kodlaşdırılması üçün 13 rəqəmli ştrixkoddur. Adətən, EAN-13 kodu əmtəələrin və xidmətlərin identifikasiyası üçün istifadə olunur.

Ştrixli kodların tipləri

 

 İTF-14 kodu 

Məhsulların təchizatında ticarət vahidi kimi müəyyən sayda eyni məhsuldan ibarət qrup qablaşması olur. Adətən, bu cür qablaşdırmaya, müstəqil ticarət vahidi kimi ayrıca əmtəə nömrəsi verilir. Eyni məhsulun qrup identifikasiyası üçün ITF-14 (İnterleaved 2 of 5) simvolikasından istifadə edərək nəqliyyat qablaşmasına vurulan İTF-14 strukturlu əmtəə nömrəsi istifadə edilə bilər. 

Ştrixli kodların tipləri

ITF-14 simvolikası satış kassasından keçirilməyən məhsullara vurulur. Çox vaxt bu, eyni məhsul qrupu, qutular, poddonlar və s. olur. ITF-14 kodu düzbucaq çərçivədə olur və bu, ştrixkodu kənar nişanların müdaxiləsindən qoruyur.  

 

EAN-8 kodu

EAN-8 rəgəmli məlumatların kodlaşdırılması üçün 8 rəqəmli ştrixkoddur. EAN-8 kodu EAN-13 ştrixkodunun ixtisar olunmuş variantıdır. EAN-8 kodu 13 rəqəmdən yox, 8 rəqəmdən ibarət olduğu üçün onun ölçüləri də EAN-13 kodundan kiçikdir. Üzərində tam EAN-13 ştrixkodunun yerləşdirilməsi mümkün olmayan kiçik mallar üçün istifadə edilir. 

Ştrixli kodların tipləri

 

GS1-128 kodu

EAN-13-dən fərqli olaraq GS1-128 kodunda yalnız kodlaşdırma dili unikaldır. GS1-128-in qurulması üçün CODE-128 əlifbasından istifadə olunur. Bu o deməkdir ki, “CODE-128” əlifbasında rəqəmlərlə yanaşı hərfləri də ştrixlərlə ifadə etmək mümkündür.  Ştrixli kodların tipləri 
Əgər «GS1-128» deyilirsə, kodlaşdırma əsasında konkret malın və ya yükün yekün kodlaşdırılması sistemini nəzərdə tutur. 128 rəgəmi GS1-128-ə CODE-128-dən keçib, CODE-128-də isə həmin əlifbanın göstərə biləcək simvolların miqdarını ifadə edir, demək olar ki, ASCII (American Standart Code for Information Interchange, ing.) standartın bütün 128 simvolunu ifadə edir. 

 

UPC-A  UPC-E kodları

UPC-A və UPC-E kodları EAN-13 və EAN-8 kodları ilə analoji kodlardır. Bu kodlar 1973-cü ildə ABŞ və Kanada­da pərakəndə satış üçün tərtib olunmuşdurlar. UPC-A (Universal Product Code-A, ing) və UPC-E (Universal Product Code-E, ing) ədədi məlumatların kodlaşdırıl­ma­sı üçün 12 və 8 rəqəmli ştrixkodlardır.

     

Ştrixli kodların tipləri

 

Ştrixli kodların tipləri

 GS1 DataBar kodları

GS1 Databar simvolikaları (əvvəlki adı, RSS-Reduced Space Symbology, ing) - kiçik ölçülü məhsulların identifikasiyasında istifadə edilən və EAN/UPC ştrixkoduna nisbətən daha çox informasiya saxlayan simvolikalardır. GS1 Databar kodları, GTİN nömrələri ilə markalanması çətin olan meyvə və tərəvəz məhsullarını, zərgərlik əşyalarını, əczaçılıq preparatlarını, həmçinin seriya və lot nömrələrini, saxlama müddətini identifikasiya etməyə imkan verir. Bu, məhsulun dövriyyəsini izləməyə imkan verir. Belə kodlar, dəyişkən kəmiyyətli malların identifikasiyasında istifadə olunur. 

 GS1 DataBar-14 kodu

GS1 DataBar-14 kodu GTİN əmtəə nömrəsinin 14 rə­qəminin kodlaşdırılması üçün təyin edilmişdir. Simvolu biri o birisinin altında yerləşən iki seqmentdən ibarətdir ki, bununla da simvolun qrafik təsvirinin ölçülərinin ki­çik olması əldə edilir. Tərkibli GS1 DataBar-14 hər isti­qa­mətli skanerlənməni nəzərdə tutur. Ştrixli kodların tipləri 

 Kompozit simvolikar

Kompozit simvolikalarda (Composite Simbologies, ing.) iki kod bir-birindən müəyyən məsafədə yerləşir və qarşılıqlı əlaqəli informasiyanı daşıyır. Adətən, kodlar­dan biri xətti, digəri isə ya çoxsıralı, ya da matrisalıdır. Kompozit simvolikalar kodlaşdırılan obyekt haqqındakı müxtəlif böyük tutumlu informasiyanın kiçik həcmli yerdə yerləşdirilməsi üçün nəzərdə tutulmuşdur.  Ştrixli kodların tipləri

GS1 DataMatrix kodu 

DataMatrix kodu - hərfi-rəqəm informasiyasının kod­laş­dırması üçün istifadə olunan uzunluğu dəyişən iki­öl­çü­lü ştrixkoddur. Bu formatın köməyi ilə kiçik sahədə birölçülü ştrixkodlara nisbətən daha çox məlumatı kod­laşdırmaq olur. DataMatrix kodunun alqoritmi səhvlərin aşkar olunmasına və düzəldilməsinə imkan verir. Ap­tek­lər­də, elektron komponentlərin, baqaj ya­rlıklarının, şəx­siy­yət vəsiqələrinin və s. markalan­masın­da geniş isti­fadə olunur. Ştrixli kodların tipləri

GS1 QR kodu

QR kodu (Quick Response, ing) ikiölçülü matriks kodudur. QR kodun köməyi ilə hər bir informasiyanı qrafik şəkil formasında təsvir eləmək olar. Mətni, telefon nömrəsini, vizit kartı, yaxud veb səhifənin ünvanını və s. QR kodun əsas üstünlüklərindən biri - skaner ilə tez oxunmasıdır, bu isə onun logistikada, ticarətdə, istehsalatda istifadə olunmasına imkan verir. QR-kod 1994-cü ildə Yaponiyada yaradılmışdır. 

   Texnolojı kodları

Texnolojı kodlar adətən müəssisənin da­xi­lində infor­ma­si­ya sistemlərinin və ya mü­əs­sisənin avtomat­laş­dırılmış idarəetmə sis­temlərinin yaradılmasında, müx­təlif detal­ların, hissələrin və s. identifikasiyası üçün tət­biq olunurlar.

 CODE 39 kodu

CODE 39 kodunun formatı - uzunluğu dəyişən diskret ko­ddur. Bu, ən çox istifadə olunan ştrixkod formatıdır, ona görə ki, o, rəqəmləri, böyük və kiçik hərfləri və həmçinin bir neçə durğu işarəsini kodlaşdırmağa imkan verir. Misal üçün, 1234567890ABCDEFGHICKLMNOPQ RSTU VWXYZ - . $ / + %. *. * simvolu yalnız Start/Stop nişanı kimi istifadə olunur.  Ştrixli kodların tipləri 
CODE 39 kodunun formatının geniş yayılması bir neçə faktorla əsaslanır: istifadədə sadəliyi, hərfi-rəqəmli kod­laş­dırılma imkanı, dəyişən uzunluq (istənilən sayda sim­vol­dan kod qurula bilər), hər hansı skanerlə oxunma imkanı. CODE 39 kodu avtomobil istehsalında kom­plektləşdiricilərin markalanmasında daha geniş istifadə edilir.

PDF-417 kodu

PDF-417 kodu (Portable Data File, ing.) - hərfi-rəqəmli məlumatların kodlaşdırılması üçün uzunluğu dəyişən ikiölçülü ştrixkoddur. Kod PDF-417 baqaj yar­lıq­ları, ava­dan­lıqların müxtəlif hissələrinin markalanması, şəx­siy­yət vəsiqələri daxil olmaqla ümumi istifadə üçün tətbiq olunur. Ştrixli kodların tipləri