“Ştrixlikodlaşdırma sual və cavablarla”

Kitabın müəllifi “GS1 Azerbaijan” Cəmiyyətinin Baş direktoru V.L.Əliyev ştrixli kodlaşdırma texnologiyalarını istifadə etməyi planlaşdıranlara praktikada faydalı ola biləcək suallara cavab verir.

Kitab iqtisadiyyatın müxtəlif sahələrinin müəssisə rəhbərləri və mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. İqtisadi təhsil müəssisələrinin tələbələri üçün tədris vəsaiti kimi də faydalı ola bilər.

Avtomatik identifikasiya sistemlərinin yaranması informasiyanın toplanması və işlənilməsinin effektivliyini və sürətini kifayət qədər artırdı. Avtomatik identifikasiya sistemləri içərisində ən geniş yayılanı ştrixli kodlaşdırmadır. Demək olar ki, bu gün ştrixkodlaşdırma bütün dünyada malların  markalanmasının ayrılmaz hissəsinə çevrilmişdir. Respulikada minlərlə müəssisə uçot məqsədləri üçün ştrixkodlardan istifadə edirlər.  Əgər ştrixkodların ilkin tətbiqi pərakəndə ticarət məntəqələri idisə, ancaq indi onların tətbiq spektri daha genişdir.

Bu gün ştrixkodlaşdırma texnologiyaları insan fəaliyyətinin bir çox sahələrində tətbiq olunur: maddi ehtiyatların idarə olunmasında, nəqliyyatda, loqistikada, səhiyyədə və başqa sahələrdə.

Bu kitabda ştrixli kodlaşdırma texnologiyalarının suallar və cavablar vasitəilə açılan aspektləri haqqında söhbət gedəcəkdir. Ştrixkodlu identifikasiyası sistemləri istifadəçilərə hansı xeyri verir, nə etmək lazımdır ki, öz məhsuluna ştrixkod verəsən, strixkod avadanlıqlarını seçərkən səhv etməyəsən, öz məhsulun üçün hansı kodu seçəsən, onu necə çap edəsən və bir çox başqa suallara cavabları oxucu bu kitabda tapacaqdır. 

Kitab ştrixli kodlaşdırmaya aid 200 sual və cavablardan ibarətdir.