Təlim

GS1 Аzərbaycan Cəmiyyəti avtomatik identifikasiya sistemi ilə maraqlananlar üçün seminarların keçirilməsini planlaşdırır.
Müasir informasiya texnologiyalarından istifadə etməklə təşkilatının inkişafı və təkmilləşdirilməsi ilə məşğul olan rəhbərlər, menecerlər, logistlər və mütəxəssislər seminarlarda iştirak etmək üçün dəvət olunurlar. Seminarların keçirilmə tarixləri və mövzular əlavə olunur. Seminarın mövzusuna uyğun olaraq, GS1 Azərbaycan Cəmiyyətinin mütəxəssisləri iştirakçılara video materiallardan istifadə etməklə təlim kursu və metodik-informasiya materialları hazırlayırlar.

Seminarlar pulsuzdur.

Keçirilmə yeri: GS1 Azərbaycan ofisi (Bakı ş. Xaqani küçəsi,90A).

Seminarın müddəti – 2,5 saatadəkdir.

Seminarın başlanma saatı – 10:00.

Seminarın qurtarma saatı – 12:30.

Bizim saytımızda seminarların keçirilmə qrafikini izləyə bilərsiniz.

Seminarlar aşağıda göstərilən sahələrin mütəxəssislərinə faydalı olacaq:

- logistik vahidlərin, məhsulların və xidmətlərin markalanması,
- radiotezlikli identifikasiya və ştrixli kodlaşdırmadan istifadə etməklə avtomatik identifikasiya sistemlərinin tətbiqi,
- anbarların və ticarət məntəqələrinin işlərində effektivliyinin artırılması,
- elektron kommersiya və məlumatların elektron mübadiləsi sistemlərinin istifadəsi,
- nəqliyyat daşınmaların izlənməsi.

Seminarda açıqlanan mövzular:

-GS1 və GS1 Azərbaycan haqqında. GS1 sisteminin Prinsipləri və Əsasları. 
-Avtomatik identifikasiya üzrə Dövlətlərarası standartlar və Azərbaycan Respublikasının Dövlət standartları.
-Ştrixkod simvolları ilə malların, vəsaitlərin, ödəniş tapşırıqlarının, ünvanların, hər növ xidmətlərin nömrələnməsi və markalanması.
-Əmtəə məhsulların identifikasiyası üçün ştrixkod simvolikalarının növləri.
-Bağlamaların üzərində ştrixkodlarının yerləşdirilmə qaydaları.
-Ştrixkodların rəng palitrası.
-Ştrixkodların ölçüləri.
-Ştrixkodlu etiketlərin çapı və markalanması zamanı tipik səhvlər haqqında.
-GS1 Databar kodları.
-GS1 qaydaları üzrə GLN yerləşmə nömrəsi və GTİN əmtəə məhsullarına ştrixkod nömrələrinin verilməsi.
-Daşınmalar zamanı logistik vahidlər. İstifadə identifikatorları.
-Məhsulun elektron kodu (EPC).
-Logistikada və ticarətdə məlumatların elektron mübadiləsi (EDI).
-Radiotezlikli identifikasiya (RFID)
-İqtisadiyyatın real sektorlarında: ticarətdə, sənayedə, səhiyyədə, anbarlarda, satış məntəqələrində və s-də avtomatik identifikasiya.
-Ştrixkod avadanlıqlarının növləri:
  -ştrixkod skanerləri;
  -ştrixkod etiketlərini çap edən printerlər;
  -məlumat yığımı terminalları;
  -ştrixkodların çapı üçün etiketlər və rəngli lentlər (ribbonlar).

 Seminarda iştirak edərkən Siz,

- Beynəlxalq ştrixli kodlaşdırmadan istifadə etməklə müəssisənizin məhsullarının dünya bazarına çıxmasını yeni partnyorları  və ya təchizatçıları necə tapmağı ÖYRƏNƏCƏKSİNİZ,
- Avtomatik identifikasiya sahəsinin son nailiyyətləri və yeni texnologiyaları EAN/UCC standart etiketlərinin praktiki istifadəsi, nəqliyyat bağlamalarının SSCC-18 seriyalı kodu, ştrixli kodlaşdırmanın perspektiv simvolikası Databar kodu ilə TANIŞ OLACAQSINIZ,
- məhsulun elektron kodlaşdırılması texnologiyalarının perspektiv tətbiqi və məlumatların elektron mübadiləsi sistemləri haqqında faydalı məlumatlar, ştrixli kodlaşdırma avadanlıqlarında işləmək bacarığı ƏLDƏ EDƏCƏKSİNİZ,
- başqa təşkilatların nümayəndələri ilə İŞGÜZAR ƏLAQƏLƏRİ YARADA BİLƏCƏKSİNİZ.

Əgər seminarlarda iştirak etmək istəyirsinizsə, onda doldurulmuş sifarişi elektron

poçtumuza ean@gs1az.org və ya 4981058 nömrəli faksa göndərə bilərsiniz.

 

 

 

 

- Seminarların təqvimi

- Seminarlarda iştirak üçün sifariş