Tez-tez verilən suallar

 Ştrixkod nədir ?

Ştrixli kod - xüsusi skanerlərlə oxunması rahat olan, informasiyanın müəyyən olunmuş qaydada qara və ağ zolaqların (ştrixlər və araların) vasitəsilə kodlaşdırıldığı qrafik nişandır. Ştrixkodun təsviri xüsusi proqramların köməyilə kompüterdə qurulur. Oxunma zamanı skaner ştrixkodu (ştrixlərin və aralıqların kombinasiyasını) dekodlaşdırır və onu kompüterə ötürür. Başqa sözlə ştrixli kod müxtəlif obyektlərin markalanması və sonrakı oxunması üçün maşın dilidir.                                       

Tez-tez verilən suallar

 

 Əmtəə ştrixli kodları nə üçündür ?

Ştrixli kodlar əmtəənin unikal identifikasiyası üçün istifadə olunur və malın adının ekvivalentidir. 
Ştrixli kodlar əsasən əmtəə istehsalçıları və xidmət göstərənlər tərəfindən istifadə olunur.
Əmtəə istehsalçılarının maraqları baxımından 1977-ci ildə UPC Amerika (Universal Product Code) kodunun əsasında, Avropa ölkələri üçün tərəfindən istifadə olunur. Əmtəə istehsal kod strukturunu tərtib edən Avropa Əmtəə Nömrələnməsi Assosiasiyası (EAN-Europe Article Numbering Association) təşkil olunmuşdur. Sonralar EAN kodunun strukturu bütün dünyada yayılmışdır. 2005-ci ilin yanvar ayından etibarən EAN və UCC təşkilatlarının birləşməsi nəticəsində GS1 (Global Standard 1) beynəlxalq assosasiyası təşkil olunmuşdur. 1 yanvar 2009-cu il tarixinədək dünya ökələrindən 108-i bu assosiasiyada birləşmişdir.               

 Tez-tez verilən suallar

 

 Ştrixli kodun simvolikasındakı ştrixlər və aralar nəyi ifadə edir ?

 Ştrixli kodun simvolikasında informasiya ştrixlərlə və aralarla verilir. Bu informasiya ştrixlərin və araların eni ilə təyin olunur (dəqiq ifadə etsək, onların nisbəti ilə). Hündürlük heç bir informativ məna kəsb etmir və oxumanın asanlığı nöqteyi-nəzərindən lazımdır. Ştrixlərin hündürlüyü skanerin şüasının kodun bütün ştrixlərini kəsməsini təmin etməlidir. Ştrixlərin və araların eninə xətti öçüləri "modul" adlanan xətti elementlərin sayına tam bölünməlidir.  

Tez-tez verilən suallar

 

 Ştrixli kodların aşağısında yerləşən rəqəmlər nə üçün lazımdır ?

Ştrixlikodların aşağısında yerləşən rəqəmlər, "vizual oxunma üçün təqdim edilən rəqəmlər" adlanır. Bu rəqəmlər, ştrixlikodun özünün zədələnənməsi və ya çap keyfiyyətinin aşağı olması nəticəsində, skanerlə oxuna bilmədikdə lazım olur. Vizual oxunmanın rəqəmsal mənasının əks olunması üçün, kifayət qədər çap dəqiqliyi olan, OCR-B şriftindən istifadə etmək tövsiyyə olunur.   

  Tez-tez verilən suallar

 

 Ştrixkodda informasiya necə kodlaşdırıllır ?

 İnformasiyanın kodlaşdırılması (rəqəm və hərflərin ştrixkoda çevrilməsi) ştrixli koda uyğun simvolikanın Spesifikasiyası ilə təyin olunan qaydalar üzrə  icra olunur.

Bu prosesin müstəqil yerinə yetirilməsi kifayət qədər çətindir və adətən aşağıdakı üsulların biri ilə yerinə yetirilir:
1. proqram təminatının istifadəsi: informasiyanın kodlaşdırılmasını icra edən və ştrixli kodun hazır təsvirini verən xüsusi proqramlarla;
2. printerin daxili proqramlarından istifadə: müasir çap qurğularının çoxu, ştrixkodların daxili oxu, ştrixkodların daxili çap funksiyaları ilə təchiz olunur.

 

 

  Əmtəə məhsulları üçün ən geniş yayılmış ştrixkod formatı hansıdır ?

 EAN-13 ən geniş yayılan formatdır və onu istehlak mallarının çoxunda tapmaq olar. 70-ci illərdə yaranan bu format bütün dünyada tanınır və qəbul  olunur.  

Tez-tez verilən suallar

             

 

 Həqiqətənmi ştrixkodda əmtəənin istehlak xüsusiyyətləri haqqında məlumat var ?

 Xeyr, bu düz deyil. Belə fikir mövcuddur ki, ştrixli kodda məhsul haqqında məlumat var: məsələn, istehsalçı,  qiyməti, modeli, rəngi, tarixi və s. Bu yanlışdır! Ştrixli kod - xüsusi elektron kataloqlarından bu məhsul haqqında məlumatın əldə edilməsi üçün unikal vasitədir. Yalnız ştrixli kodun nömrəsinə görə Siz heç nə öyrənə bilməzsiniz. 
Bunu avtomobilin nömrə nişanı ilə müqayisə etmək olar. Dövlət Yol Müfəttişliyinin kompüter bazasından avtomobilin  nömrə nişanına görə sahibinin adını öyrənmək olar. Avtomobilin nömrə nişanının özündə isə bu informasiya yoxdur. 

Tez-tez verilən suallar  

 

 Öz məhsulun üçün unikal ştrixkodu necə almalısan ?

Ticarətin dünya praktikasında məhsulların markalanması üçün, EAN simvolikasının ştrixkodlarından istifadə edilməsi qəbul olunmuşdur. İstehsalçı qəbul olunmuş qaydaya uyğun olaraq öz məhsuluna ştrixkod vurur. İstehsalçının kodu milli təşkilatlar - GS1 beynəlxalq təşkilatının kodu milli təşkilatlar - GS1 beynəlxalq təşkilatının üzvləri tərəfindən verilir. Qeydiyyatın bu qaydası eyni kodlu iki müxtəlif malın olması imkanını istisna edir. Əgər istehsalçı EAN-13 yaxud EAN-8 unikal ştrixli kodlarını öz məhsuluna vurmaq istəyirsə, onda o, GS1 beynəlxalq qurumunun üzvü olan milli təşkilata müraciət edir. Azərbaycanda GS1 beynəlxalq qurumunun üzvzvü GS1 Azerbaijan təşkilatıdır.

 

 

  «Məhdud sirkulyasiyalı» ştrixli kod nədir ?

Ştrixli kod əmtəə vahidinə ticarət təşkilatının özü tərəfindən vurulduqda bu kod «məhdud sirkulyasiyalı» kod adlanır. Bu daxili nömrələnmə üçün 020-029 intervalında prefikslər ayrılmışdır. Belə hallarda bu ştrixkod nömrələri ticarət obyektlərindən kənar istifadədə öz unikallığını, yəni təkrarolunmazlığını itirə bilər.   

 Tez-tez verilən suallar 

 

  Tək və qruplu qablaşma nədir ?

Pərakəndə ticarətdə malın tək və qruplu qablaşmasını fərqləndirirlər. Tək qablaşma dedikdə kassadan keçən 
ayrıca mal vahidi başa düşülür. Qruplu qablaşma dedikdə isə, satış üçün kassadan keçən tək qablaşma qrupunun
bir tarada birləşməsi başa düşülür. Misal üçün, siqaretlər həm ayrıca qutularla, həm də içərisində 10 qutu olan 
bloklarla satıla bilər. Eyni adlı malın tək və qruplu qablaşmasının müxtəlif ştrixli kod nömrələri olmalıdır.

 Tez-tez verilən suallar

 

  EAN-13 əmtəə ştrixli kodunda hansı məlumat var ?

Bir qayda olaraq, EAN-13 kodu aşağıdakılardan ibarətdir: 
- əmtəə istehsalçısının qeydiyyatda olduğu ölkənin milli təşkilatının kodundan (3 rəqəm); 
- müəssisənin - əmtəə istehsalçısının kodu (6 rəqəm); 
- bu əmtəənin nömrəsi (3 rəqəm); 
- nəzarət rəqəmi (1 rəqəm). 

   Tez-tez verilən suallar

                         

 Ştrixli kodlar hansı rəngdə ola bilər ?

Ştrixli kodlar müxtəlif rənglərdə ola bilər. Rəngləri seçən zaman, açıq rənglərin aralıqlar və boş zonalar üçün istifadə olunduğunu bilmək lazımdır. Tünd rənglər, qara göy və yaşıl rəng də daxil olmaqla ştrixlər üçün istifadə olunur. Kompozit rənglər ştrixli kodların çapı üçün yaramır. Eyni tonlu rənglərin istifadəsi tövsiyyə olunur. Kod zolağının müxtəlif rənglərdən tərtib olunması yolverilməzdir. İdeal halda, kodun ştrixləri qara rəngli, onun çap olunduğu sahə isə, ideal ağ olmalıdır. Bu halda ən yüksək kontranstlıq əldə olunur.   

Tez-tez verilən suallar

 

Ştrixli kodların vurulmasında hansı qaydalara əməl etmək lazımdır ?

Ştrixli kodları vurarkən aşağıdakı qaydalara əməl etmək vacibdir: 
- maksimal kontrastlığa və ştrixlərlə aralıqlar arasında dəqiq sərhədə nail olmaq; 
- normal sürətlənmə zonalarını təmin etmək (koddan 5 mm əvvəl və sonra eyni fon). 
Praktikada ən çox rast gəlinən səhvlər aşağıdakılardır:
- ştrixlərin və fonun rəng kombinasiyası yolverilməzdir; 
- çap çox zəifdir, tünd ştrixlər və açıq aralıqlar arasındakı kontrast kifayət qədər yüksək deyil; 
- çap prosesinin nəticəsində ştrixkodda ləkələr, aralıqlar və ya nöqtələr var; 
 -yüksək parlaqlıq.        

     

                                                      

  Dövri nəşrlərin və kitabların ştrixli kodlaşdırılması necə həyata necə həyata keçirilir?

Dövri nəşrlərin və kitabların ştrixkodlaşdırılması GS1 qaydalarına uyğun olaraq iki üsulla həyata keçirilir.
Birinci üsul, Dövri nəşrlərin və kitabların ştrixli kodlaşdırılması başqa məhsullarda olduğu kimi EAN əmtəə nömrələri ilə həyata keçirilir. EAN-13 nömrələrinin tətbiqi yalnız kitab, qəzet və jurnal buraxan müəssisələr üçün yox, həm də başqa məhsullar:misal üçün, bloknotlar, təqvimlər, albomlar, dəftərlər və s. buraxan müəssisələr üçün də daha əlverişli sayılır. İkinci üsul, Seriyalı və dövrü nəşrlərin, kitab məmulatlarının və musiqili nəşrlərin kodlaşdırılması üçün 977, 978, 979 uyğun prefiksli İSSN (İnternational Standart Serial Number), İSBN (İnternational Standart Book Number), İSMN (İnternational Standart Music Number) beynəlxalq sistemlərini tətbiq etmək olar. 

   Tez-tez verilən suallar

 

 Pərakəndə ticarətdə satış üçün nəzərdə tutulan ticarət vahidlərinin nömrələri necə identifikasiya olunur ?

Pərakəndə ticarətdə satış üçün nəzərdə tutulan malların identifikasiyasında EAN/UCC kodlarından istifadə olunur. Pərakəndə satılan mallara sabit və ya dəyişən nəzərdə tutulan malların identifikasiyasında EAN/UCC kodlarından istifadə olunur. Pərakəndə satılan mallara sabit və ya dəyişən  miqdarda məhsullar, həmmiqdarda məhsullar, həmçinin "spesifik mallar" (kitablar və s.) aid ola bilər. Beynəlxalq əmtəə nömrələnməsi sisteminin əsas qaydası: müxtəlif istehlak xüsusiyyətli mallara (növ, çəki, rəng, qiymət və s.) müxtəlif əmtəə nömrələrinin verilməsidir. Malın konkret adına və istehlak xüsusiyyətlərinə birmənalı uyğun olan unikal nömrə qablaşmaya vurulur. Misal üçün, ticarət zalında bir tarada qablaşdırılmış müxtəlif həcmli (0,3; 0,5 litrlik şüşə və 0,5; 1,0; 1,5; 2,0 litrlik plastik qablaşdırmalar), amma eyni ştrixkodlu "Badamlı" mineral suyu varsa, skaner bunları eyni mallar kimi identifikasiya edəcək və kassa aparatı eyni məbləğə çek verəcəkdir. Bu isə yolverilməzdir. Konkret miqdarlı mallar əksər hallarda EAN/UCC-13 əmtəə nömrələri verəcəkdir. Bu isə yolverilməzdir. Konkret miqdarlı mallar əksər hallarda EAN/UCC-13 əmtəə nömrələri ilə işarələnir.   

  Tez-tez verilən suallar

 

GS1 Azerbaijan tərəfindən əmtəəyə verilən ştrixli kod başqa ölkələrdə tanınacaqmı ?

Bəli, GS1 Azerbaijan Cəmiyyətinin əmtəəyə verdiyi ştrixli kod malın ixracı zamanı bütün dünya ökələrində tanınacaq. GS1 Azerbaijan təşkilatı müəssisələrə  476 prefiksi ilə başlayan beynəlxalq unikal nömrə verir və onun qeydiyyatında olan müəssisələrin məhsullarının büttün ştrixli kodları bu prefikslə başlayır.  

 Tez-tez verilən suallar

 

Ştrixkod skaneri nədir ?

Ştrixli kodları oxuyan qurğular və ya skanerlər - bu ştrixkodların oxunması və dekodlaşdırılması üçün olan elektron-optik qurğulardır. Skanerlər ştrixkoddan əks olunan işıq selinin qəbulu və onların elektrik siqnallarına çevrilməsi prinsipi əsasında işləyir. İstehsal, ticarət və anbar proseslərinin avtomatlaşdırılması üçün olan müxtəlif qurğular arasında ştrixkod skanerləri  ən sadə qurğulardır. O, dəqiq müəyyənləşdirilmiş vəzifələri yerinə yetirir. Ştrixlikod skanerləri intellektual qurğulara aid olmayaraq, ştrixli kodların oxunması və kompüterə ötürülməsi (və ya qısa müddətli saxlanılmasını) funksiyalarını yerinə yetirirlər.

Tez-tez verilən suallar 

 

 

Ştrixli kodların skaneri nə üçün lazımdır ?

Ştrixli kodlaşdırmanın skaneri ştrixli kodda kodlaşdırılmış informasiyanın oxunması, dekodlaşdırılması və kompüterə ötürülməsi üçündndür. İnformasiya ştrixkodda olan rəqəm və ya hərflərin ardıcıllığı şəklində ötürülür. Skaner avtomatlaşdırılmış ştrixkodda nə şifrələndiyini "görməyə" imkan verir.  Ştrixli kod skaneri istənilən avtomatlaşdırılmış sistemin mərkəzi elementlərindən biridir. Skaner ştrixli kod olan etiketdəki kodlaşdırılmış informasiyanı, məsələn, malın  adı və qiymətini, hamı üçün aydın olan yazıya çevirir.

 Tez-tez verilən suallar

 

 Etiket printeri nə üçün lazımdır ?

Biz alışmışıq ki, anbara və ya pərakəndə ticarətə məhsul istehsalçı haqqında informasiyanı əks etdirən ştrixkod ilə daxil olsun. Lakin həmişə belə olmur. Kifayət qədər çox hallarda etiketdə ştrixkod olmur və ya olan markalanma kifayət etmir.Bu halda daxili ştrixkodların yaradılması və çap edilməsi zərurəti  yaranır. Etiket printerləri bu məqsədlər üçün istifadə olunur. Printerlərin başqa tətbiq variantları da vardır, misal üçün, zədələnmiş və ya dəqiq çap olunmayan ştrixkodları ayrıca etiketlərdə bərpa etmək zərurəti yarandıqda. Printerlər həmçinin çəkili malların etiketləşdirilməsi komplekslərinin tərkibində də istifadə edilir.

 Tez-tez verilən suallar

 

Ştrixli kodların çap keyfiyyətinə necə nəzarət etmək olar ?

Əgər mümkündürsə, rsə, çap olunan etiketləri,əvvəlcədən istifadə olunacaq skanerin "oxumaq" testindən keçirilməksi daha səmərəli olardı. Xüsusilə bu o deməkdir ki, əgər anbarda real olaraq CCD skanerdən istifadə olunursa, lazerli skanerlə test olunması yaramır. 
Əgər bunu həyata keçirmək çətindirsə (müxtəlif skanerlər istifadə olunursa) onda, verifikator almaq tövsiyyə olunur. Ştrixkod verifikatoru, çapın keyfiyyətini müəyyən etmək üçün, oxunma seriyasını yerinə yetirir və sonra ştrixkodun oxunma keyfiyyətinə tə'sir edən vacib parametrləri detallaşdıran hesabat tərtib edilir.  Bəzi printerlər daxili verifikatorlara malikdir. Böyük çap işləri və ya ştrixkodun keyfiyyətinin optimallığı vacib olan işlərdə bu cür qurğuların tətbiqi xüsusilə tövsiyyə olunur. Bu halda hər bir etiket, çapdan sonra skanerlənir.Printer, apdan sonra skanerlənir.Printer, çap zamanı onun keyfiyyətini test edir və optimal kontrastlığın alınmasını avtomatik olaraq tənzimləyir. Verilmiş parametrlərə uyğun gəlməyən istənilən etiket, təkrar çap olunur. Ştrixli kodların verifikasiyası, ştrixli kodla olan keyfiyyətli etiketlərin hazırlanmasının zəruri mərhələsidir. Ştrixli kodların standartlarla tə'yin olunan keyfiyyət səviyyəsinə nəzarət olunmasına tələb, uçot sisteminin

Tez-tez verilən suallar 

 

Məlumat yığımı terminalı nədir ?

Məlumat yığımı terminalı (MYT) - uçotun avtomatlaşdırılmasının bir sıra məsələlərini həll etmək üçün zəruri olan, ştrixkod
skaneri ilə təchiz olunmuş kompüterdir. O, kompakt, yüngül və tamamilə avtonom cihazdır.

 

 

 Mən sahibkarlıq fəaliyyəti məqsədi ilə Çindən Azərbaycana mətbəx məişət avadanlığı gətirirəm. İstehsalçı şirkət mənə əlavədə qeyd olunduğu kimi ştrixkod göndərib və bu ştrixkodun Azərbaycan Respublikasında ştrixkod standartlarına uyğunluğu haqqında Sizdən məlumat almaq istəyirəm. Yəni mən bu növ ştrixkodla dükanlara satış edə biləcəmmi? 

Bu tipli ştrixkodlar - texnoloji kodlara aiddir və onlar ticarət şəbəkələrində satışda istifadə olunmur. Ticarət şəbəkələrində əmtəə kodlardan istifadə edilir. 

   Tez-tez verilən suallar