Ştrixli kod - xüsusi skanerlərlə oxunması rahat olan, informasiyanın müəyyən olunmuş qaydada qara və ağ zolaqların (ştrixlər və araların) vasitəsilə kodlaşdırıldığı qrafik nişandır. Ştrixkodun təsviri xüsusi proqramların köməyilə kompüterdə qurulur. Oxunma zamanı skaner ştrixkodu (ştrixlərin və aralıqların kombinasiyasını) dekodlaşdırır və onu kompüterə ötürür. Başqa sözlə ştrixli kod müxtəlif obyektlərin markalanması və sonrakı oxunması üçün maşın dilidir. |
Ştrixli kodlar əmtəənin unikal identifikasiyası üçün istifadə olunur və malın adının ekvivalentidir. |
|
Ştrixli kodun simvolikasında informasiya ştrixlərlə və aralarla verilir. Bu informasiya ştrixlərin və araların eni ilə təyin olunur (dəqiq ifadə etsək, onların nisbəti ilə). Hündürlük heç bir informativ məna kəsb etmir və oxumanın asanlığı nöqteyi-nəzərindən lazımdır. Ştrixlərin hündürlüyü skanerin şüasının kodun bütün ştrixlərini kəsməsini təmin etməlidir. Ştrixlərin və araların eninə xətti ölçüləri "modul" adlanan xətti elementlərin sayına tam bölünməlidir. |
Ştrixlikodların aşağısında yerləşən rəqəmlər, "vizual oxunma üçün təqdim edilən rəqəmlər" adlanır. Bu rəqəmlər, ştrixlikodun özünün zədələnməsi və ya çap keyfiyyətinin aşağı olması nəticəsində, skanerlə oxuna bilmədikdə lazım olur. Vizual oxunmanın rəqəmsal mənasının əks olunması üçün, kifayət qədər çap dəqiqliyi olan, OCR-B şriftindən istifadə etmək tövsiyyə olunur. |
|
İnformasiyanın kodlaşdırılması (rəqəm və hərflərin ştrixkoda çevrilməsi) ştrixli koda uyğun simvolikanın Spesifikasiyası ilə təyin olunan qaydalar üzrə icra olunur. Bu prosesin müstəqil yerinə yetirilməsi kifayət qədər çətindir və adətən aşağıdakı üsulların biri ilə yerinə yetirilir: |
EAN-13 ən geniş yayılan formatdır və onu istehlak mallarının çoxunda tapmaq olar. 70-ci illərdə yaranan bu format bütün dünyada tanınır və qəbul olunur. |
Xeyr, bu düz deyil. Belə fikir mövcuddur ki, ştrixli kodda məhsul haqqında məlumat var: məsələn, istehsalçı, qiyməti, modeli, rəngi, tarixi və s. Bu yanlışdır! Ştrixli kod - xüsusi elektron kataloqlarından bu məhsul haqqında məlumatın əldə edilməsi üçün unikal vasitədir. Yalnız ştrixli kodun nömrəsinə görə Siz heç nə öyrənə bilməzsiniz. |
Ticarətin dünya praktikasında məhsulların markalanması üçün, EAN simvolikasının ştrixkodlarından istifadə edilməsi qəbul olunmuşdur. İstehsalçı qəbul olunmuş qaydaya uyğun olaraq öz məhsuluna ştrixkod vurur. İstehsalçının kodu milli təşkilatlar - GS1 beynəlxalq təşkilatının kodu milli təşkilatlar - GS1 beynəlxalq təşkilatının üzvləri tərəfindən verilir. Qeydiyyatın bu qaydası eyni kodlu iki müxtəlif malın olması imkanını istisna edir. Əgər istehsalçı EAN-13 yaxud EAN-8 unikal ştrixli kodlarını öz məhsuluna vurmaq istəyirsə, onda o, GS1 beynəlxalq qurumunun üzvü olan milli təşkilata müraciət edir. Azərbaycanda GS1 beynəlxalq qurumunun üzvü GS1 Azerbaijan təşkilatıdır. |
Ştrixli kod əmtəə vahidinə ticarət təşkilatının özü tərəfindən vurulduqda bu kod «məhdud sirkulyasiyalı» kod adlanır. Bu daxili nömrələnmə üçün 20-29 intervalında prefikslər ayrılmışdır. Belə hallarda bu ştrixkod nömrələri ticarət obyektlərindən kənar istifadədə öz unikallığını, yəni təkrarolunmamazlığını itirə bilər. |
|
Pərakəndə ticarətdə malın tək və qruplu qablaşmasını fərqləndirirlər. Tək qablaşma dedikdə kassadan keçən ayrıca mal vahidi başa düşülür. Qruplu qablaşma dedikdə isə, satış üçün kassadan keçən tək qablaşma qrupunun bir tarada birləşməsi başa düşülür. Misal üçün, siqaretlər həm ayrıca qutularla, həm də içərisində 10 qutu olan bloklarla satıla bilər. Eyni adlı malın tək və qruplu qablaşmasının fərqli ştrixli kod nömrələri olmalıdır. |
|
Ştrixli kodlar müxtəlif rənglərdə ola bilər. Rəngləri seçən zaman, açıq rənglərin aralıqlar və boş zonalar üçün istifadə olunduğunu bilmək lazımdır. Tünd rənglər, qara göy və yaşıl rəng də daxil olmaqla ştrixlər üçün istifadə olunur. Kompozit rənglər ştrixli kodların çapı üçün yaramır. Eyni tonlu rənglərin istifadəsi tövsiyyə olunur. Kod zolağının müxtəlif rənglərdən tərtib olunması yolverilməzdir. İdeal halda, kodun ştrixləri qara rəngli, onun çap olunduğu sahə isə, ideal ağ olmalıdır. Bu halda ən yüksək kontrastlıq əldə olunur. |
Ştrixli kodları vurarkən aşağıdakı qaydalara əməl etmək vacibdir: |
![]() |
Dövri nəşrlərin və kitabların ştrixkodlaşdırılması GS1 qaydalarına uyğun olaraq iki üsulla həyata keçirilir. İkinci üsul, Seriyalı və dövrü nəşrlərin, kitab və musiqili nəşrlərin kodlaşdırılması üçün 977, 978, 979 uyğun prefiksli İSSN (İnternational Standard Serial Number), İSBN (İnternational Standard Book Number), İSMN (İnternational Standard Music Number) beynəlxalq sistemlərini tətbiq etmək olar. |
|
Pərakəndə ticarətdə satış üçün nəzərdə tutulan malların identifikasiyasında EAN/UCC kodlarından istifadə olunur. Pərakəndə satılan mallara sabit və ya dəyişən nəzərdə tutulan malların identifikasiyasında EAN/UCC kodlarından istifadə olunur. Pərakəndə satılan mallara sabit və ya dəyişən miqdarda məhsullar, həmçinin "spesifik mallar" (kitablar və s.) aid ola bilər. Beynəlxalq əmtəə nömrələnməsi sisteminin əsas qaydası: müxtəlif istehlak xüsusiyyətli mallara (növ, çəki, rəng, qiymət və s.) müxtəlif əmtəə nömrələrinin verilməsidir. Malın konkret adına və istehlak xüsusiyyətlərinə birmənalı uyğun olan unikal nömrə qablaşmaya vurulur. Misal üçün, ticarət zalında bir tarada qablaşdırılmış müxtəlif həcmli (0,3; 0,5 litrlik şüşə və 0,5; 1,0; 1,5; 2,0 litrlik plastik qablaşdırmalar), amma eyni ştrixkodlu "Badamlı" mineral suyu varsa, skaner bunları eyni mallar kimi identifikasiya edəcək və kassa aparatı eyni məbləğə çek verəcəkdir. Bu isə yolverilməzdir. Konkret miqdarlı mallar əksər hallarda EAN/UCC-13 əmtəə nömrələri verəcəkdir. Bu isə yolverilməzdir. Konkret miqdarlı mallar əksər hallarda EAN/UCC-13 əmtəə nömrələri ilə işarələnir. |
|
Bəli, GS1 Azerbaijan Cəmiyyətinin əmtəəyə verdiyi ştrixli kod malın ixracı zamanı bütün dünya ökələrində tanınacaq. GS1 Azerbaijan təşkilatı müəssisələrə 476 prefiksi ilə başlayan beynəlxalq unikal nömrə verir və onun qeydiyyatında olan müəssisələrin məhsullarının bütün ştrixli kodları bu prefikslə başlayır. |
|
Ştrixli kodları oxuyan qurğular və ya skanerlər - bu ştrixkodların oxunması və dekodlaşdırılması üçün olan elektron-optik qurğulardır. Skanerlər ştrixkoddan əks olunan işıq selinin qəbulu və onların elektrik siqnallarına çevrilməsi prinsipi əsasında işləyir. İstehsal, ticarət və anbar proseslərinin avtomatlaşdırılması üçün olan müxtəlif qurğular arasında ştrixkod skanerləri ən sadə qurğulardır. O, dəqiq müəyyənləşdirilmiş vəzifələri yerinə yetirir. Ştrixlikod skanerləri intellektual qurğulara aid olmayaraq, ştrixli kodların oxunması və kompüterə ötürülməsi (və ya qısa müddətli saxlanılmasını) funksiyalarını yerinə yetirirlər. |
Ştrixli kodlaşdırmanın skaneri ştrixli kodda kodlaşdırılmış informasiyanın oxunması, dekodlaşdırılması və kompüterə ötürülməsi üçündür. İnformasiya ştrixkodda olan rəqəm və ya hərflərin ardıcıllığı şəklində ötürülür. Skaner avtomatlaşdırılmış ştrixkodda nə şifrələndiyini "görməyə" imkan verir. Ştrixli kod skaneri istənilən avtomatlaşdırılmış sistemin mərkəzi elementlərindən biridir. Skaner ştrixli kod olan etiketdəki kodlaşdırılmış informasiyanı, məsələn, malın adı və qiymətini, hamı üçün aydın olan yazıya çevirir. |
|
Biz alışmışıq ki, anbara və ya pərakəndə ticarətə məhsul istehsalçı haqqında informasiyanı əks etdirən ştrixkod ilə daxil olsun. Lakin həmişə belə olmur. Kifayət qədər çox hallarda etiketdə ştrixkod olmur və ya olan markalanma kifayət etmir.Bu halda daxili ştrixkodların yaradılması və çap edilməsi zərurəti yaranır. Etiket printerləri bu məqsədlər üçün istifadə olunur. Printerlərin başqa tətbiq variantları da vardır, misal üçün, zədələnmiş və ya dəqiq çap olunmayan ştrixkodları ayrıca etiketlərdə bərpa etmək zərurəti yarandıqda. Printerlər həmçinin çəkili malların etiketləşdirilməsi komplekslərinin tərkibində də istifadə edilir. |
|
Əgər mümkündürsə, çap olunan etiketləri,əvvəlcədən istifadə olunacaq skanerin "oxumaq" testindən keçirilməsi daha səmərəli olardı. Xüsusilə bu o deməkdir ki, əgər anbarda real olaraq CCD skanerdən istifadə olunursa, lazerli skanerlə test olunması yaramır. |
Məlumat yığımı terminalı (MYT) - uçotun avtomatlaşdırılmasının bir sıra məsələlərini həll etmək üçün zəruri olan, ştrixkod skaneri ilə təchiz olunmuş kompüterdir. O, kompakt, yüngül və tamamilə avtonom cihazdır. |
|
Bu tipli ştrixkodlar - texnoloji kodlara aiddir və onlar ticarət şəbəkələrində satışda istifadə olunmur. Ticarət şəbəkələrində əmtəə kodlardan istifadə edilir. |
|