Verifikasiya

Verifikasiya

Ştrixli kodun verifikasiyası - ştrixkod simvolunun göstəricilərinin ölçülməsi üzrə texniki proseduradır. Bu prosedura zamanı göstəricilərin simvola qoyulan tələblərə uyğun olub olmadığı müəyyən edilir.
Bu gün, avtomatik identifikasiya sisteminin istifadəçiləri üçün ştrixkodların keyfiyyətli çap edilməsi daha zəruridir, çünki bir çox şirkətlər oxunmayan və yaxud aşağı keyfiyyətli ştrixkodu olan məhsulların təchizatına görə hətta cərimə sanksiyaları tərtib edir.
Əmtəə istehsalçısının yapışdırdığı etiketlərdəki şifrələnmiş informasiya bu əmtəənin daxil olduğu digər yerlərdə də alınmalı və oxunmalıdır; həmçinin bütün dünya üzrə ticarət partnyorları tərəfindən oxunmalıdır.

EAN/UCC Beynəlxalq Əmtəə Nömrələnməsi sisteminin ştrixli kodlarının simvolikasına və xətti simvollarının çap keyfiyyətinin sınaqdan keçirilməsinə qarşı qoyulan tələblər, AZS  260-2007 (15426-1-2002) standartları ilə müəyyən edilib.

Əgər Sizin məhsulunuzun qablaşmasının üzərindəki ştrixkodların çap keyfiyyətini yoxlamaq lazımdırsa, GS1 Azərbaycan Cəmiyyətinə müraciət edə bilərsiniz. Bunun üçün etiketlərin 2 ədəd nümunəsini Sifarişə əlavə edib bizə təqdim etmək lazımdır. Nəticədə, ştrixkodun çap keyfiyyətinin verifikasiyası (yoxlanılması) haqqında Protokolu ala bilərsiniz.

Keyfiyyət zəmanəti kimi ştrixkod simvolunun sınaqdan keçirilməsi (verifikasiyası) çıxış edir. 
Bunun üçün biz standartların tələbinə tam uyğun olaraq, ştrixkodların keyfiyyətinin qiymətləndirilməsini yüksək səviyyədə həyata keçirə bilən, xüsusi bir cihazdan - verifikatordan istifadə edirik. 

Daha təfərrüatlı hesabatlarda verifikatorlar çap səhvlərinin növünü və ciddilik dərəcəsini də qeyd edir.

Verifikatorlar Avtomatik identifikasiya vasitələrinin istehsalçıları (AIM Automatic Identification Manufactures) Assosiasiyası tərəfindən təsdiq edilmiş mövcud beynəlxalq standartlara uyğun olaraq, ştrixli kod simvolunun qiymətləndirilməsinə proqramlaşdırılıb.