Avtomatik identifikasiya sahəsində dövlət standartı hazırlanmışdır.

GS1 Azərbaycan Cəmiyyəti tərəfindən “Avtomatik identifikasiya. Ştrix kodlaşdırma" standartı hazırlanıb və Azərbaycan Standartlaşdırma İnstitutuna (AZSTAND) təqdim edilmişdir. Mərhələli araşdırmadan sonra AZSTAND tərəfindən standart təsdiqlənmişdir.

Belə bir standartın mövcudluğu ştrixkodların istifadə dairəsini daha da genişləndirəcək və avtomatik identifikasiya sisteminə qlobal yanaşmanı təmin edəcək.