Dövlət Vergi Xidməti tərəfindən ştrixkod məlumat bazasından istifadə.

İmzalanmış əməkdaşlıq sazişinə əsasən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidməti GS1 Azerbaijan Əmtəə Nömrələmə Depozitariyasında saxlanılan məlumatlara API vasitəsilə çıxış əldə edir. Bununla, GS1 Azerbaijan Cəmiyyətindən alınan ştrixkod nömrəsinin -GTIN-in və vergi ödəyicisinin elektron qaimə-faktura tərtib edərkən vergi sənədinə daxil etdiyi kod nömrəsinin etibarlılığının yoxlanılması həyata keçirilir.