GS1 Azerbaijan Ştrixkod İstifadəçiləri Cəmiyyəti ilə Azərbaycan İqtisad Universiteti (UNEC) əməkdaşlığa başlayır.

2 sentyabr 2021-ci il tarixində GS1 Azerbaijan Cəmiyyətinin ofisində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) aparıcı əməkdaşları ilə avtomatik identifikasiya texnologiyaları ilə bağlı məsələlərin tədris proseslərinə daxil edilməsi imkanlarına həsr olunmuş görüş keçirilib. 

Bu gün, rəqəmsallaşmanın sürətli inkişafı əsrində avtomatik identifikasiya texnologiyaları, avtomatik identifikasiya sahəsində beynəlxalq standartlar və onlara əsaslanan həllər ilə bağlı mövzularda ən müasir məlumatların mümkün qədər geniş auditoriyaya çatdırılması mühüm əhəmiyyət kəsb edir.