GS1 Baş ofisi GS1 Azerbaijan Cəmiyyətinin məlumat bazasını "Əla" kimi qiymətləndirir.

Dünyanın 113 ölkəsindən beynəlxalq GS1 Assosiasiyasının üzvü olan bütün təşkilatlar gündəlik olaraq avtomatik identifikasiya sistemi ilə Qlobal İstifadəçi Məlumat Bazasına GLN və GTIN alan şirkətlər və məhsullar haqqında məlumat göndərirlər. Eyni zamanda təqdim olunan məlumatların tamlığı, vaxtında və dəqiqliyi kimi göstəricilər qiymətləndirilir.

Bu üç meyar üzrə GS1 Azerbaijan bütün 2021-ci il üçün “əla” qiymətləndirilib.