“GS1 in Europe” Direktorlar Şurasının videokonfransı

15-16 dekabr 2020-ci il tarixlərində onlayn rejimdə “GS1 in Europe” regional təşkilatının Direktorlar Şurasının iclası keçirilib. Bu könüllü təşkilat 48 Avropa ölkəsinin nümayəndələrini birləşdirir. İclasda GS1 təşkilatının fəaliyyəti ilə bağlı məsələlər, eləcə də 2021-ci il üçün planlar müzakirə edilib. COVID-19 böhranı qlobal təchizat zəncirlərində avtomatlaşdırılmış identifikasiya həllərinə diqqəti cəlb etdi və rəqəmsal transformasiyanı sürətləndirdi. 2021-ci ildə GS1-in prioritet sahələri səhiyyə, pərakəndə satış, istehlak malları və onlayn bazarları, eləcə də GS1 Cəmiyyətinin beynəlxalq qlobal qurumlarla əməkdaşlığı olacaq.