Ötən həftə GS1 Azərbaycan əməkdaşları Azərbaycan İqtisadiyyat Nazirliyinin İnvestisiya Departamentində görüş keçirərək, ölkədə istehsal
olunan və xaricdən gətirilən tikinti materialları və avadanlıqlarının müəyyən edilməsi üçün beynəlxalq GTIN kodlarının tətbiqi ilə bağlı təkliflərini
təqdim ediblər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, tikinti materiallarının, məmulatlarının və avadanlıqlarının vahid mal
nomenklaturası yaradılmalıdır. GS1 Azərbaycan bu məlumat bazasındakı hər bir məhsul növünə GS1 sisteminin unikal ştrixkodunu təyin edəcək,
bütün maraqlı olan təşkilat və strukturların bu bazaya uzaqdan daxil ola bilmə imkanı təmin ediləcəkdir. Bu bazada məhsulların və ya avadanlığın
növü və dəyərinə görə məlumatları filtrdən keçirmək mümkün olacaqdır.