Kənd təsərrüfatı istehsalçıları GS1 sisteminin istifadəçiləri olurlar

Ötən yay aylarında 30-dan çox yerli kənd təsərrüfatı istehsalçısı GS1 Azerbaijana Qlobal Yerləşmə Nömrəsi - GLN üçün müraciət edib.

Onların arasında Green Region MMC, Fruitland MMC, Cənnət Aqro MMC, Agro İnternational MMC, Şəmkir Aqropark MMC və s. kimi istehsalçılar var. Bunlar, əsasən, Rusiya Federasiyasının müxtəlif regionlarına öz məhsullarını ixrac edən meyvə-tərəvəz istehsalçılarıdır.

Ümumilikdə, 2021-ci ilin əvvəlindən Azərbaycanda 270-ə yaxın istehlak məhsulu istehsalçısı GS1 sisteminin istifadəçisi olub.