Logistika üzrə GS1 standartlarına dair təqdimat

Bu ilin oktyabr ayında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin əməkdaşları üçün GS1 Azerbaijan Cəmiyyətinin ofisində nəqliyyat və logistika sahəsində GS1 sisteminin standartlarından istifadə təcrübəsinə dair materialların təqdimatı keçirilib.Bəzi yerli şirkətlərin öz məhsullarını xarici müştərilərə göndərərkən istifadə etdikləri beynəlxalq logistik etiketlərin nümunələri nümayiş etdirilib.Nəqliyyat və logistikada rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi üçün məsləhətləşmələrin davam etdirilməsi barədə razılıq əldə olunub.