Ştrixkod istifadəçilərinin sayı artır

Pandemiya ilə bağlı geniş yayılmış çətin vəziyyətə baxmayaraq, 2020-ci ildə Azərbaycanda məhsullarını markalamaq üçün beynəlxalq ştrixkodlara müraciət edən istehsalçıların sayında artım müşahidə olunub. İlin sonunda 20 mindən çox adda nomenklatura məhsulları istehsal edən istehsalçıların sayı 260-ı ötüb. Yeni ştrixkod istifadəçilərinin yarsından çoxu bazarı süd və çörək məhsulları, içkilər, həmçinin antiseptiklər və yuyucu vasitələrlə təmin edən fərdi sahibkarlardır.