GS1 Azerbaijan - Authenticate IT (Australia) videoconference

Saxta məhsullarnan mübarizə üçün mobil həll

6 may 2014 tarixində “QS1 Azərbaycan” Cəmiyyətinin ofisində keçirilən Bakı-Melburn (Avstraliya) 
videokonfransı saxta məhsullarla mübarizəyə həsr olunmuşdu. 
Bir saat ərzində istehlakçıya alışdan əvvəl məhsulun saxta olub-olmamasını tez və sadə üsulnan 
yoxlamağa imkan verən və bununla saxta məhsulun alınmasını istisna edən smartfonlar üçün mobil 
həllin təqdimatı müzakirə olunurdu. 
Mobil smartfonlar vasitəsi ilə yoxlama bilavasitə pərakəndə və internet mağazalarda məhsulun 
alınması zamanı aparıla bilər. 
AuthenticateİT adlı mobil həll əmtəə nişanların qorunması, logistika və İT texnologiyaları sahəsinin
bir qrup mütəxəssisləri tərəfindən yaradılan gənc Avstraliya şirkəti hazırlayıb.

GS1 Azerbaijan - Authenticate IT (Australia) videoconference                         GS1 Azerbaijan - Authenticate IT (Australia) videoconference


Mobil həllin imkanları aşağıdakılardı:
- saxta idxalın aşkarlanma sistemi,
- məhsulların topdan və pərakəndə şəbəkələrdə hərəkətinə nəzarət sistemi,
- böyük vəsaitlər tələb etməyən qənaətçil istifadə-misal üçün, bahalı qoloqrammlar,
- onlayn mağazalarda satışlara nəzarət,
- dünyanın istənilən nöqtəsində ticarət şəbəkələrdə istehsalçılara şübhəli əməliyyatları aşkarlamaq imkanı.

Videokonfransı “QS1 Azərbaycan” Cəmiyyətinin Baş direktoru Vəfa Əliyev keçirdi. 
Videokonfransda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı 
Nazirliklərin, Gömrük Komitəsinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət 
Komitəsinin, Səhiyyə Nazirliyinin nəzdində Ekspertiza Mərkəzinin, 
Azərbaycan Azad İstehlakçılar Birliyin və şərab məhsulların istehsalçılarının nümayəndələri
iştirak etmişdi. AuthenticateİT mobil həlli iştirakçılar arasında böyük maraq doğurdu.
Yaxın zamanda Azərbaycanda pilot layihəni başlaya biləcək istehsalçının olması gözlənilir.