GS1 Logger for Staff

“GS1 Hungary” təşkilatı əmtəənin etiketindən və ya qablaşdırmasından ştrixli kodu skanerlə oxumaqla onun və sahibkarı haqqında
məlumat əldə etməyə imkan verən mobil telefonlara proqram həlli hazırlamışdır. Bu mobil həll həmçinin etiketdəki ştrixkodun çap
keyfiyyətini və onun GS1 standartlarına uyğunluğunu yoxlamağa imkan verir.
“GS1 Logger for Staff” proqramı dünyanın 100-dən artıq ölkəsindəki GS1 milli təşkilatlarının məlumat bazalarında yerləşdirilən
əmtəələr haqqında məlumat formatlarını nəzərə almaqla hazırlanmışdır.

“GS1 Logger for Staff” mobil həll ştrixli kodlardan istifadə etməyə hüququ olmayan və ya əvvəllər bu hüquqlarını itirmiş istehsalçıların
ştrixkodlardan istifadə etməsi faktlarını aşkara çıxaran GS1 üzv təşkilatlarının əməkdaşları üçün nəzərdə tutulub.

“GS1 Logger for Staff” proqramı gömrük xidmətlərinin əməkdaşları üçün də sərhəddən keçən əmtəə mülkiyyətçisinin identifikasiyası
üçün faydalı ola bilər.

 "GS1 Logger for Staff" haqqında daha ətraflı