Tələbələr ştrixkodlarla maraqlanırlar

03.12.2013 tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznes və Karyera” Tədris Mərkəzinin direktoru
Fuad Əliyevin dəvəti ilə birinci və ikinci kurs tələbələri üçün “QS1 Azərbaycan” Cəmiyyətinin mütəxəssisləri
“Ştrixkodlar müxtəlif fəaliyyət sahələrində” mövzusunda təqdimat keçirdilər. Tələbələrə ştrixkodların paylanması,
məhsulların bağlamalarında yerləşdirilməsi qaydaları haqqında esas məlumatlar verildi. Gələcəkdə “Biznes və Karyera”
Tədris Mərkəzi tələbələr üçün ştrixkodlaşma texnologiyaları ilə bağlı xüsusi kursların təşkilini planlaşdırır.

Tələbələr ştrixkodlarla maraqlanırlar               Tələbələr ştrixkodlarla maraqlanırlar