Berlin şəhərində keçirilən GS1 Təşkilatının Baş Assambleyası.

2014-cü ilin 19-23 may tarixlərində Berlin şəhərində GS1 Təşkilatının Baş Assambleyası keçirildi.
Assambleyanın işində 90-dan artıq ölkəni təmsil edən 280 nümayəndə iştirak elədi. 40 ildən artıqdır ki,
GS1 qlobal standartların hazırlanması və tətbiqi, təchizat silsilələrin, məhsulların və iqtisadiyyatın əksər
sahələrində xidmətlərin effektivliyinin və şəffaflığının artırılmasına yönəldilmiş həllərlə məşqul olur.
Assambleyada yaxın gələcək üçün fəaliyyətin perspektiv istiqamətləri müəyyən olmuşdu və müxtəlif
profilli qruplarda planlar konkretləşdirilmişdi.

Berlin şəhərində keçirilən GS1 Təşkilatının Baş Assambleyası.

GS1 Azerbaijan təşkilatına Assambleyada GS1 Təşkilatının üzvlüyündə 15 illiyin şərəfinə xatirə lövhəsi 
təqdim olunmuşdu. Berlin şəhərində keçirilən Assambleyada Azərbaycan nümayəndə heyətinə icraçı
direktor Nigar Nəzərova başçılıq etmişdi.

Berlin şəhərində keçirilən GS1 Təşkilatının Baş Assambleyası.