GS1 sistemin yeni istifadəçiləri üçün növbəti prezentasiya

10 iyun 2014-cü il tarixində «GS1 Azerbaijan» Cəmiyyətinin ofisində öz məhsullarını
EAN-13 beynəlxalq əmtəə ştrixkodlarından istifadə hüququnu alan GS1 sistemin yeni
istifadəçiləri üçün növbəti prezentasiya keçirildi. Prezentasiya zamanı GS1 sistemi
haqqında məlumat verildi, ştrixli kodların paylanma, yerləşdirmə və hazırlanma qaydaları
haqqında ətraflı danışıldı.

GS1 sistemin yeni istifadəçiləri üçün növbəti prezentasiya                                     GS1 sistemin yeni istifadəçiləri üçün növbəti prezentasiya        

Ştrixli kodun nömrəsiynən məhsul və onun istehsalçısı haqqında
məlumatın alınmasını mümkün edən GEPİR axtarış sistemin imkanları nümayiş etdirildi.
Sonda yeni istifadəçilərə Müəssisənin Qlobal Unikal Nömrələrin (GCP) və Qlobal
Yerləşdirmə Nömrələrin alınmasını təsdiq edən Şəhadətnamələr təqdim olundu.

GS1 sistemin yeni istifadəçiləri üçün növbəti prezentasiya
Prezentasiyada Respublikanın qida sənayesinin istehsalçı-müəssisələrin nümayəndələri
iştirak etdilər.
Bu cür prezentasiyalar müntəzəm olaraq keçirilir və böyük praktiki əhəmiyyət daşıyır.