GS1 sistemin yeni istifadəçiləri üçün növbəti təlim

31 oktyabr 2014-cü il tarixində “GS1 Azərbaycan” MMC-nin ofisində GS1 sistemin yeni Istifadəçiləri 
üçün növbəti təlim keçirildi.

Təlimdə iyirmiyə yaxın yerli istehsalçı iştirak etdi.

GS1 sistemin yeni istifadəçiləri üçün növbəti təlim                   GS1 sistemin yeni istifadəçiləri üçün növbəti təlim

İştirakçıları ştrixkodların istifadəsinin əsas qaydalarıyla tanış etmək üçün təlim bu qaydada 
tərtib edilmişdi: ştrixkodların ayrılması qaydaları, əmtəənin vahid və qrup bağlama kodlaşdırılması,
ştrixkodların çap olunma qaydaları, rəng çalarları, standart ölçüləri, bağlamada yerləşdirilməsi və s.
əsas anlayışlar.

GS1 sistemində qeydiyyatdan keçməyən ştrixkodları aşkar etməyə imkan verən İGepir mobil həlli
nümayiş olundu.

Yeni istifadəçilərə GS1 sistemində qeydiyyatdan keçdiyini təsdiqləyən Şəhadətnamələr təqdim olundu,
metodik və reklam materialları paylandı.

GS1 sistemin yeni istifadəçiləri üçün növbəti təlim                   GS1 sistemin yeni istifadəçiləri üçün növbəti təlim                 GS1 sistemin yeni istifadəçiləri üçün növbəti təlim