GS1 sisteminin yeni üzvləri üçün növbəti təlim-prezentasiya

29 avqust 2014-cü il tarixində “QS1 Azerbaijan” Cəmiyyətinin ofisində cari ilin iyun-avqust
müddətində GS1 Azərbaycan sisteminə yeni qəbul olunmuş İstifadəçilər üçün növbəti prezentasiya
keçirildi.
Prezentasiyada “Maxx” MMC, “Gilan Quba Konserv Zavodu”, “AMEA” Təcrübə-Sənaye Zavodu,
“İMİG” MMC və s. təşkilatların nümayəndələri iştirak etdi.

  GS1 sisteminin yeni üzvləri üçün növbəti təlim-prezentasiya

Ştrixli kodların əsas istifadə qaydaları ətraflı izah olundu. İstehsalçıların məhsulun üzərinə ştrixkodu
vurarkən tez-tez buraxdıqları səhvlər: rəngli çalarlar və kontrastlıq, ştrixkodun standart ölçülərinə riayət
edilməməsi və digərləri haqqında danışıldı.

GEPİR axtarış sisteminin funksional imkanları da nümayiş olundu.

Yaxın günlərdə GS1 Azerbaijan saytından ştrixli kodların elektron qeydiyyatının keçirilməsi və sistemin
İstifadəçilərinin Şəxsi kabinetlərinə daxil olunmasının yeni xidmət növü qabaqcadan elan edildi.

Yeni istifadəçilərə GS1 sistemində qeydiyyatdan keçdikləri haqqında unikal GCP və GLN nömrəli
Şəhadətnamələr təqdim olundu.

Həmçinin ştrixli kodlaşdırma avadanlığı nümayiş etdirildi.

Sonda prezentasiya iştirakçılarına metodik və reklam materialları təqdim olundu.