SSCC kodlar haqqında prezentasiya

31 iyul 2014-cü il tarixində GS1 Azerbaijan Cəmiyyətin ofisində “Nəqliyyat bağlamaları üçün istifadə edilən
SSCC kodunun istifadəsi” mövzusunda prezentasiya keçirildi.
Çox vaxt, sifarişçilər nəqliyyat bağlamasındaki yük haqqında məlumatı, misal üçün, istehsal tarixi, istifadə
müddəti, partiya nömrəsi, seriya nömrəsi, çəki, sayı və s. standart logistika etiketlərində vurulmasını tələb
edirlər. İstehsalçılarımızın məhsullarını logistika vahidləri kimi (pallet, konteyner) Azərbaycandan ixrac edərkən
Beynəlxalq standart etiketlərilə markalamalıdırlar.

  SSCC kodlar haqqında prezentasiya

Bunu nəzərə alaraq GS1 Azerbaijan mütəxəssisləri logistika 
etiketlərinə olan əsas tələblərinin məlumatlandırmağa qərar qəbul verdilər. Bunun üçün prezentasiyada logistika
etiketinin formalaşması göstərildi.
Bundan başqa, yerində logistik etiketlərin çapı üçün printerlərin istifadəsi, malın buraxılması və qəbulunda
məlumat yığımı terminalların imkanları göstərildi.
Prezentasiyada Respublikanın qabaqcıl istehsalçıları olan “Veysəloğlu Yaycılı qardaşlar” MMC, “Ulduz” fabriki,
“Fireland” MMC kimi şirkətlərinin logistika və ixrac şöbələrin mütəxəssisləri iştirak etdilər.

  SSCC kodlar haqqında prezentasiya