GS1 sisteminin yeni istifadəçiləri üçün keçirilən treninqlər

Bu ilin mart-aprel aylarında GS1 Azerbaijan Cəmiyyətinin ofisində GS1 sisteminin yeni istifadəçiləri üçün treninqlər keçirilmişdir. Treninqin iştirakçıları GS1 sisteminin EAN-13 beynəlxalq əmtəə kodların, EAN-14 qrup kodların və SSCC-128 logistika kodların istifadə qaydalarına aid mövcud standartları ilə tanış oldular.

Ştrixkodların tipinin seçilməsi, bağlamada etiketlərində yerləşdirməsi və çapı, dizaynerlərin işlərində rast gələn tipik səhvləri haqqında bir necə prezentasiya nümayiş etdirilmişdir.

Yeni ştrixkodların alınması üçün iştifadəçilər tərəfindən göndərilən Sifarişlərin düzgün  doldurulmasına xüsusi diqqət ayrılmışdır.

GEPİR sistemində ştrixkodun nömrəsi ilə və istehsalçının adı ilə aparılan axtarışı www.gs1az.org internet səhifəsi vasitəsilə ilə nümayiş olunmuşdu.

İştirakçılara ticarət şəbəkələrinin, anbarların, malların izlənməsinin, logistik əməliyyatların işinin səmərəliliyinin artırılması ücün şrtixli kodlaşdırma və radiotezlikli identifikasiya texnologiyalarını istifadə edərək avtomatik identifikasiya sistemlərinin tətbiqinin nümayişi edildi. Təlimdə dinləyicilər ştrixkodlaşdırma  avadanlıqlarının müxtəlif tipləri ilə tanış oldular, skanerlərin, etiket printerlərin iş prinsipləri, məlumat yığımı terminalları ilə və radiotezlikli nişanların oxuyucuları (RFID) ilə əsas vəsaitlərin uçotu prosesi nümayiş olundu.

Təlimin iştirakçılarına GS1 ştrixkodların iş prinsiplərini izah edən materiallar paylanıldı.

Təlimin sonunda GS1 Azerbaijan-ın mütəxəssisləri iştirakçıların çoxsaylı suallarına cavab verdilər.