GS1 Beynəlxalq assosiasiyanın növbəti Baş Assambleyası. İstanbul (Türkiyə) 20-22 may 2019

GS1 Beynəlxalq assosiasiyanın növbəti Baş Assambleyası İstanbulda (Türkiyə) 20-22 may 2019-cu il tarixlərində baş tutmuşdur.
Assambleyanın işində 90 GS1 Milli təşkilatların, GS1 Baş ofisin, ABŞ və Avropanın Nestle, AmazonUK, L’Oreal, Googlelnc kimi
bir sıra aparıcı beynəlxalq şirkətlərin nümayəndələri iştirak etmişdir.
Assambleyada çıxış edənlər vurğuluyurdular ki, identifikasiya və düzgün məlumat mübadiləsi sahəsində qlobal standartların və
həllərin əşyaların və blokçeyn İnternet texnologiyalarında GS1sistemin rolunun artırılması əsas məqsədlərdən biri olmalıdır.
Formalaşma proseslərin, istifadəçi-müəssisələrində qlobal prefikslərin, GLN və GTİN nömrələrinin və məhsullar haqqında əsas
məlumatın saxlanılması proseslərin daha dəqiq verifikasiyasını tələb edən qətnamə təsdiqlənmişdir.

     

GS1 üçün vacib sahələr kimi sənayə və qida məhsulları, nəqliyyat, logistika və səhiyyə qalır. Assambleya 2019-2020 illərə strateji

layihələrin siyahısını təsdiqlədi: qida məhsulları üçün qlobal məlumat formatının yaradılması, GS1 Milli təşkilatların səhiyyə üçün
UDİ sahəsində sertifikatlaşdırılması, izləmə, Elektron məlumat mübadiləsi (EDİ), istehlakçı üçün əşyaların İnterneti və blokçeyn
istifadəsi sahəsində tövsiyələrin hazırlanması. GS1 Sistemindən kontrafakt məhsullarnan mübarizə sahəsində aktiv istifadə
edilməsinin davam edilməsi qərarı verilmişdir.
Baş Assambleyada iki yeni üzv qəbul edilmişdi, Kamerun və Myanma və bununla GS1 Milli təşkilatların ümumi sayı 114 oldu.
İstanbul şəhərində keçirilən Baş Assambleyanın işində GS1 Azerbaijan Cəmiyyətinin Baş direktoru Vəfa Əliyev iştirak etmişdi.
GS1 Azerbaijan Cəmiyyətinə GS1 Assosiasiyasında 20 illik üzvlülüknən bağlı xatirə lövhəsi təqdim olundu.