GS1 sistemin yeni istifadəçiləri üçün növbəti seminar

21 noyabr 2019 tarixində GS1 Azerbaijan Cəmiyyətinin ofisində sentyabr-noyabr 2019 müddətində GS1 sisteminin
istifadəçiləri olmuş yerli istehsalçılar üçün növbəti seminar keçirildi.
Tədbirdə 20-yə yaxın un məmulatları, süd məhsulları, antifriz, sürtkü və mühərrik yağları, alkoqollu içkilər, salfet və
yeyinti məhsulları istehsal edən şirkətlərin nümayəndələri iştirak elədi.
GS1 Azerbaijan ştrixkod Depozitariyasının rəhbəri Gülanə Rəsulova GS1 beynəlxalq təşkilatın standartlarının istifadəsinin
əsas qaydaları ilə iştirakçıları tanış elədi: ştrixkodların verilmə qaydaları, çapı, bağlamanın üzərinə yerləşdirilməsi, rəng
çalarları, standart ölçülər, fərdi və qrup qablaşdırma və etiketlərin çapı zamanı dizaynerlərin yol verdiyi səhvlər.
Seminar zamanı GS1 sisteminin istifadəçilərinin www.gs1az.org saytından uzaqdan Şəxsi kabinetlərindən istifadə qaydaları
ətraflı izah edildi.

         

 

Mobil telefonlardan istifadə etməklə yerli məhsullar və onların istehsalçıları haqqında məlumat əldə etmək imkanı verən
GEPİR beynəlxalq axtarış sistemi və “GS1 Azerbaijan AZE Barcode” mobil həlli göstərildi.
İştirakçılar arasında testin keçirilməsi işıqlandırılan məsələlərin bərkidilməsi üçün faydalı oldu.
Seminar zamanı GS1 Azerbaijan Cəmiyyətinin əməkdaşı Fərid Abasov istehsalatda uçot zamanı səhvlərin bir neçə dəfə
azalmasına imkan verən ştrixkodlaşdırma və radiotezlik identifikasiya avadanlıqların istifadə qaydasını nümayiş etdirdi.
Seminarın sonunda GS1 Azerbaijan Cəmiyyətinin Baş direktoru Vəfa Əliyev yeni istifadəçilərə məhsulların üzərinə
beynəlxalq ştrixkodların vurulma hüququnu təsdiq edən Şəhadətnamələr təqdim etdi.