GS1 sisteminin yeni istifadəçiləri üçün seminar

12 sentyabr 2019-cu il tarixində GS1 Azerbaijan Cəmiyyətinin ofisində öz məhsullarını beynəlxalq əmtəə
EAN ştrixkodları ilə markalamış GS1 sisteminin yeni İstifadəçiləri üçün növbəti seminar keçirildi.
Ştrixkodların paylanması və istifadəsi qaydaları haqqında GS1 Azerbaijan əmtəə nömrələməsi
Depozitariyasının müdiri G.Rəsulova ətraflı izahatlar verdi.

   

Məhsulların qablaşmasının üzərində ştrixkodların ayrılma və yerləşdirmə qaydaları izah olundu, 

dizaynerlərin etiketlərin maketini tərtib edən zaman yol verdiyi və praktikada tez-tez rast gəlinən səhvlər
nümayiş edildi. Bu cür səhvlər məhsulun satışı və ya uçotu zamanı avtomatlaşdırılma prosesini çətinləşdirir.
Ştrixkodların paylanması və istifadəsi qaydalarının müzakirəsindən sonra seminar iştirakçıları test suallarına
cavab verdilər. Seminarda GS1 sisteminin istifadəçilərinin www.gs1az.org saytında yerləşən Şəxsi kabinetdən
istifadə məsələsi ətraflı işıqlandırıldı. Tədbirdə iştirak edənlər məhsul və məhsul istehsalçıları haqqında
məlumat əldə etmək imkanı yaradan GEPİR axtarış sisteminin və “GS1 Azerbaijan AZE Barcode” mobil
həllin imkanları ilə tanış oldular.
Seminarda video materiallar nümayiş etdirildi, həmçinin avtomatik identifikasiya avadanlıqlarının iş prinsipləri
izah olundu və göstərildi.
Seminarda GS1 Azerbaijan Cəmiyyətinin Baş direktoru Vəfa Əliyev iştirakçılara
Şəhadətnaməsini təqdim etdi. Həmin Şəhadətnamə müəssisənin qlobal prefiksi (GCP) və qlobal
yerləşdirmə nömrəsi (GLN) ilə qeydiyyatı təsdiq edən rəsmi sənəddir.