GS1 sisteminin yeni istifadəçiləri üçün seminar-prezentasiya.

15 may 2019-cu il tarixində GS1 Azerbaijan Cəmiyyətinin ofisində GS1
sistemindən qeydiyyatdan keçmiş və öz məhsullarını beynəlxalq əmtəə
ştrixkodları ilə markalamaq hüququnu almış yeni istifadəçilər üçün 
növbəti seminar keçirildi.
Seminarda qida, süd, alkoqollu və alkoqolsuz içki, tekstil, sənaye kimi məhsullar
istehsal edən 25-ə yaxın istehsalçı iştirak etdi.

GS1 sisteminin yeni istifadəçiləri üçün seminar-prezentasiya.
GS1 sisteminin yeni istifadəçiləri üçün seminar-prezentasiya.


Prezentasiya zamanı GS1 Azerbaijan Cəmiyyətinin əməkdaşları tərəfindən 
beynəlxalq GS1 sistemi haqqında məlumat verildi, ştrixkodların ayrılması və
məhsulların bağlamasının üzərində yerləşdirilməsi, istifadəçilərin www.gs1az.org 
saytında yerləşən şəxsi kabinetlərindən uzaqdan işləmə imkanı haqqında ətraflı danışıldı. 
Dizaynerlərin etiketlərin tərtibi zamanı yol verdiyi, nəticədə məhsulların üzərinə vurulan
və supermarketdə onun satışını çətinləşdirən tipik səhvlər nümayiş etdirildi.
GEPİR axtarış sistemin və “GS1 Azerbaijan AZE Barcode” mobil həllin vasitəsi ilə 
ştrixkod nömrəsinə görə məhsul və onun istehsalçısı haqqında məlumatın 
alınma imkanları iştirakçıların diqqətinə çatdırıldı. 
Seminar iştirakçılarına ştrixkod əsaslarını təkrarlamaq üçün testlər təqdim olundu, 
həmçinin video materiallar nümayiş etdirildi, ştrixkod və radiotezlikli identifikasiya 
avadanlıqlarının iş prinsipi haqqında danışıldı.

 GS1 sisteminin yeni istifadəçiləri üçün seminar-prezentasiya.
   
 GS1 sisteminin yeni istifadəçiləri üçün seminar-prezentasiya.
 

 

Sonda GS1 Azerbaijan Cəmiyyətinin Baş direktoru Vəfa Əliyev GS1 sisteminin
yeni istifadəçilərinə Qlobal unikal nömrəsinin (GCP) və Qlobal yerləşmə
nömrələrinin (GLN) alınmasını təsdiq edən Şəhadətnamələr təqdim etdi.

Bütün iştirakçılara metodik materiallar paylandı.