QS1 Azərbaycan Cəmiyyətinin İçtimai Şurasının iclası

31 oktyabr 2019-cu il tarixdə GS1 Azərbaycan ofisində Şuranın növbəti iclası təşkil edilmişdir.
Şurada Azərsun Holding, NB Group MMC, Veysəloğlu MMC kimi yerli istehsalçıların; Kənd
Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentiyi kimi dövlət orqanlarının,
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, eləcə də “ANC Group” MMC ticarət
şəbəkəsinin əməkdaşları iştirak etmişdir.

 

Şura üzvləri GS1 Azerbaijan Cəmiyyətinin Əmtəə Nömrələməsi Depozitariyasının Müdiri
Gülanə Rəsulovanın Cəmiyyətin 2019-cu il üçün fəaliyyətin əsas göstəriciləri haqqında
məlumatını dinlədilər.
Şuranın üzvləri 2020-ci il üçün GS1 Azerbaijan Cəmiyyətinin fəaliyyətinin əsas istiqamətlərinin
seçimi ilə bağlı fikirlərini bölüşdülər.
İclas zamanı bu gün bazarda dövr edən məhsullarda müşahidə edilən problemlər, dövriyyəyə
buraxılan məhsulların istifadə müddətinə nəzarət edilməsi, məhsullarda izlənmə prosesinin çox
əhəmiyyətli və əlverişli olmasını vurğulandı.
Məhsulların izlənməsi məsələsinin operativliyi, düzgünlüyü və vaxta dəfələrlə qənaətini əks
etdirən videolar nümayiş etdirildi.Şurada Datalogiс şirkətinin əməkdaşları da iştirak etdi və
onlar izlənmə məsələsi ilə bağlı avadanlıqlar, bu avadanlıqlar vasitəsilə inteqrasiya barədə
məlumat verdilər.
İclası GS1 Azerbaijan Cəmiyyətinin baş direktoru Vəfa Əliyev yekunlaşdırdı.