18 - 22 fevral tarixlərində Brüsseldə (Belçika) rekord sayda iştirakçısı olan 99 ölkədən 907 nümayəndə GS1
Beynəlxalq Cəmiyyətinin növbəti Qlobal forumunda iştirak etdi.
Forumun proqramı 65 plenar sessiyadan və Qlobal ofisin şöbələrinin və GS1 milli təşkilatlarının
nümayəndələrinin görüşlərindən, iş qrupların iclaslarından və təlim seminarlarından, həmçinin
McKinsey & Company, Carrefour, METRO Group, Walmart Stores, Jonson & Jonson və s. kimi böyük
şirkətlərin nümayəndələrinin 45 məruzəçisinin çıxışlarından ibarət idi.
Forumda GS1 standartların qlobal rəqəmsal identifikasiya şəraitində istifadəsi imkanlarıynan bağlı məsələlər
müzakirə olunmuşdu.
Forum iştirakçıları 2018-2019-cu illərdə GS1 Registry Platform məlumatlarıynan işləmək, hüquqi şəxslərin
Qlobal identifikatorunun servisi (LEİ) və GS1 Cəmiyyətinin yeni standartı UniqueİD kimi həyata keçirilən
bir sıra GS1 təşkilatın əsas layihələrini dəstəklədilər.
Forumun işində GS1 Azerbaijan Cəmiyyətinin baş direktoru Vəfa Əliyev iştirak etdi.