“SOLVO” şirkətindən anbar əməliyyatlarının optimallaşdırılmasında informasiya texnologiyaları.

Bu ilin aprel ayının 5-də “Park İnn” mehmanxanasında “Anbar əməliyyatların optimallaşdırılmasına dair aktual İT həllər”
mövzusunda prezentasiya keçirildi. Prezentasiya Rusiyanın “SOLVO” (Sankt-Peterburq ş.) şirkəti tərəfindən və GS1
Azerbaijan ştrixkod istifadəçiləri cəmiyyətinin təşkilatçı dəstəyi ilə keçirildi. “SOLVO” şirkəti Rusiyanın anbarlarda, konteyner
və digər liman terminallarında, dəmiryol stansiyalarının “yük həyətlərində” və s. proseslərin avtomatlaşdırılması üçün proqram təminatının 
öndə gedən tərtibatçılarından biridir. Logistik saxlama obyektlərin avtomatlaşdırılması üçün şirkət kompleks həllər təqdim edir - 
həm proqram, həm də avadanlıq.Tədbirdə 20-yə yaxın sənaye, kənd təsərrüfatı, ticarət, distribyutor müəssisələrinin nümayəndələri 
iştirak etmişdir. Prezentasiyada iştirak edən “SOLVO” şirkətinin baş direktorunun müavinləri A.Çij, A.Smirnov, marketinq şöbəsinin
müdiri D.Perşin iştirakçılarda maraq oyadan geniş məzmunlu material təqdim etdilər. 
Anbar komplekslərin aktual avtomatlaşdırılması
texnologiyalarının xülasəsini və özlərinin istehsalı 
olan son ixtiralarını (Solvo.WMS) xüsusi vurğuladılar. Nümunə kimi Solvo.WMS
sisteminin İnfoskan 3D avadanlığı ilə inteqrasiyasının nümayiş etdi. 
Avadanlıq anbarda yükün çəki-həcm xüsusiyyətlərini avtomatik
ölçmək üçün nəzərdə tutulub. 
“Gilan Holding”, “Veysəloğlu”, “Baku İnternational Tobacco”, “Carlsberg Azerbaijan” kimi yerli 
şirkətlərin nümayəndələri yaxın zamanda “SOLVO” proqram məhsullarının imkanları ilə daha ətraflı tanış olmağı planlaşdırır.