GS1 Azerbaijan Cəmiyyətinin «Vışka» respublika qəzeti ilə əməkdaşlığı çox illi ənənəyə çevrilib.
Uzun illər ərzində qəzet ilə birlikdə avtomatik identifikasiya texnologiyalarının müxtəlif istiqamətlərinə
həsr olunmuş məqalələr hazırlanır və çap olunur. Bu günlərdə «Vışka» qəzetində növbəti məqalə səhiyyədə
GS1 standartlarına həsr olunmuşdur. Güman edirik ki, nəşr olunmuş materiallar tibb müəssisələrin işçilərinə
maraqlı və faydalı olacaq. Qəzetin səhifələrində praktiki işçilər avtomatik identifikasiya sisteminin stasionarda
istifadəsi, dərman və dərman preparatlarının, alətlərin istehsalçıdan aptekə və istehlakçıya qədər izləməsi barədə
öz fikirləri ilə bölüşdülər.