GS1 AZƏRBAYCAN ƏMƏKDAŞLARI GS1 GLOBAL FORUMDA 2020

17-21 fevral 2020-ci il tarixlərində Brüssel şəhərində (Belçika) GS1 Qlobal Formunun növbəti sessiyasında təşkil edilmişdir. Forumda dünyanın 89 ölkəsindən 883  nümayəndə iştirak etmişdir. GS1 Azərbaycanın baş direktoru V.Əliyev, Əmtəə Nömrələməsi Depozitariyasının müdiri G.Rəsulova, Marketinq meneceri S.Əhmədova həmin Foruma qatılan nümayəndələrdən olmuşdur.

Forum zamanı ştrixkodların inkişafında bu gün və sabah, GS1 Global Data Model, GEPİR, Global Registry Platform, GLN-dən, Activate, məhsul üzərindəki məlumatların QR kodlarda daşınması, izlənmə məsəsi, ticarət və sənaye, nəqliyyat və logistika, səhiyyə, izləmə, məhsullar haqqında məlumat bazalarının keyfiyyəti və s. kimi sahələrdə işlərin yaxşılaşdırılması ilə bağlı məsələlər barədə seminarlar təşkil olunmuşdur.

  

    

Əvvəllər daşınma zamanı məhsul üzərində həm əmtəə kodlarından, həm də müxtəlif logistik kodlardan paralel istifadə edilirdisə, artıq bir çox funksiyaya xidmət edən bir məlumat daşıyıcı kodlardan istifadə mümkündür.

Məhsulun dünya bazarında tanınması və satış keyfiyyətinin artırılması üçün Registry Platform, Activate kimi axtarış portallarına məhsulların məlumatlarının dolğun yüklənməsinin, şəklinin əlavə edilməsinin əhəmiyyətindən danışılmışdır. Bu və bu kimi axtarış sistemlərinin keyfiyyətinin yaxşılaşdırılması barədə müzakirələr edilmişdir.

GS1 Azərbaycan nümayəndələri Forum zamanı İtaliya, Polşa, Avstriya, Hollandiya, Fransa və s. ölkələrin GS1 təşkilatlarının nüməyəndələri ilə ştrixkodlardan istifadə təcrübələri  barədə görüşlər keçirilmişdir.

GS1 Qlobal Forumu haqqında daha ətraflı məlumat əldə edin: GS1 Global Forum 2020.