GS1 Azerbaijan ştrixkodlar Depozitariyasında məhsul təsvirinin yeni atributu

2020-ci ilin iyul ayından başlayaraq GS1 Azerbaijan ştrixkodlar Depozitariyasına daxil edilən GTİN əmtəələrinin təsviri üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Təsnifatları ilə yanaşı (MƏHSUL NÖVLƏRİ TƏSNİFATI) təsnifatın vahid standartı olan, 24 dilə tərcümə edilən GS1beynəlxalq GPC (Global Product Classification) Təsnifatlarını istifadə etməyə başladı. 

GS1 GPC təsnifatı məhsulları müəyyən qaydalara uyğun olaraq qruplaşdıran məhsulun dörd pilləli təsnifatıdır.

Burada lazım olan məhsul fərqli dəqiqlik dərəcəsində təsvir olunur – ümumi məhsul qrupundan, müəyyən xüsusiyyətli konkret məhsula qədər. Təsnifatın məlumatlarını istehsalçılar, distribyutorlar və ya digər satıcılar istifadə edə biləcək. Təsnifat alıcılara məhsulları müəyyən xüsusiyyətlərə uyğun asan və tez tapmağa kömək edən, istər dondurulmuş və ya təzə tərəvəzlər, ya da pəhriz, un məmulatları üçün əsas alətdir.

Məhsulun axtarışı onun hansı seqmentə, ailəyə, sinifə və bloka aid olduğunu müəyyənləşdirməkdən başlayır.

2020-ci ilin axırınadək GS1 sisteminin istifadəçiləri beynəlxalq ticarət şəbəkələrində öz məhsullarının əks etdirilməsi üçün mütləq şəkildə GPC istifadə etməlidirlər.